Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ rayon təşkilatı tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirmişdir

02 fevral 2023 | 18:15

02 fevral 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti və YAP Qəbələ rayon təşkilatı tərəfindən rayonda fəaliyyət göstərən QHT-lərin iştirakı ilə 2023 - cü ilin Heydər Əliyev ili elan edilməsi çərçivəsində “2 fevral - Azərbaycan Gəncləri günü” nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirmişdir. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının əlamətdar hadisə olduğunu qeyd edərək müstəqil Azərbaycanın qurucusu, gənclərin dostu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər salmış, Dahi Şəxsiyyətin gənclər siyasəti ilə bağlı gördüyü işlərin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışmışlar. 

Keçidlər