"Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı" layihəsi çərçivəsində tədbir keçirilib
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən "Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı" layihəsi çərçivəsində tədbir keçirilib. Layihənin məqsədi gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarətdir. Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Təşkilatında və Bum qəsəbə Təbriz Yaqubov adına tam orta məktəbdə keçirilən tədbirlərdə çıxış edənlər psixotrop maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri barədə məlumat verərək onları bu təhlükədən qorumaq üçün mədəni-maarifləndirici tədbirlərin həyata keçirilməsi və sağlam, dəstəkləyici sosial mühitin yaradılmasının vacibliyini qeyd etmişlər.













