Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində ağacəkmə aksiyası keçirilib
01 noyabr 2024 | 08:19
Qəbələ Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Şəhərin Elçin Kərimov küçəsində keçirilən aksiyada məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllığın bərpasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.