Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici seminar keçirilmişdir

20 may 2024 | 17:06

20 may 2024-cü il tarixdə  Qəbələ Rayon Mədəniyyət Mərkəzində Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu” ASC və “Azmelsutəsərrüfat” ASC) və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyyatları Agentliyinin, “Azmelsutəsərrüfat” ASC-nin, “Azərsu” ASC-nin əməkdaşları, Qəbələ RİH-nin, əlaqədar təşkilatların yerli nümayəndələrinin, bələdiyyə sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirak etdiyi tədbirdə “Yengicə su anbarının” layihəsi, həmçinin ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi barədə qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə maarifləndirici məlumatlar və tövsiyələr verilmişdir.

Keçidlər