“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
Qəbələ Rayon İcra Hakimiyyəti və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Zarağan kənd 1 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəy olaq” adlı dəyirmi masa keçirilib. Rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələrinin,müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildiriblər.Daha sonra məktəblilərin ifasında “Yaşıl dünya naminə həmrəy olaq ” adlı ədəbi -bədii kompozisiya təqdim olunub. Sonda tədbir iştirakçıları məktəbin steam otağında şagirdlərin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr olunmuş şagirdlərin əl işləri ilə yaxından tanış olublar.