“Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində "Yaşıl Dünya - Sağlam Həyat" mövzusunda maarifləndirici tədbir keçirilib
04 iyun 2024 | 15:31
04 iyun 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Yaşıl Dünya - Sağlam Həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması və təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildiriblər.
Tədbir mövzu ətrafında müzakirə ilə davam edib.