"Yaşıl Dünya uşaqların gözündə - Dünyamızı qoruyaq" adlı tədbir keçirilib
15 avqust 2024-cü il tarixində Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar "Yaşıl Dünya uşaqların gözündə - Dünyamızı qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Regional Reabilitasiya Mərkəzində reabilitasiya keçən uşaqların əl işləri nümayiş etdirilib. Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açmış, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini əhəmiyyətini diqqətə çatdırmışlar. Tədbirin keçirilməsinin əsas məqsədi uşaqlrda təbiətə sevgini aşılamaq, təbiəti mühafizəetmə üsullarını təbliğ etməkdir.