Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yay tətilini səmərəli keçirək

08 avqust 2024 | 16:17

08 avqust 2024-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələrinin və fəallarının Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı uşaqlara qədim Qəbələnin tarixi, burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntılar barədə ətraflı məlumat verilmişdir. Sonda Qəbələnin zəngin tarixi ilə bağlı filmə baxış keçirilmişdir.

Keçidlər