Yemişanlı kəndində RİH başçısının növbəti səyyar qəbulu keçirilmişdir
20 may 2024-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yemişanlı kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinləri fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri ərazidə olan sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.