"Yeni Azərbaycan Partiyası 30 ildə" adlı tədbir keçirilib
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə "Yeni Azərbaycan Partiyası 30 ildə" adlı tədbir keçirilib. YAP Qəbələ rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin və digər müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu, ölkə prezidenti, Partiyanın sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti sayəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyinin yarandığnı qeyd etmişlər. Tədbirdə Partiya sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqəsi təqdim olunmuşdur. Sonda mövzu ilə əlaqədar videomaterial nümayiş etdirilmişdir.