Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"Yeni Azərbaycan Partiyası – Heydər Əliyev dühası və siyasi varislik” adlı tədbir keçirilib

18 noyabr 2026 | 17:10

18 noyabr 2026-cı il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə "Yeni Azərbaycan Partiyası – Heydər Əliyev dühası və siyasi varislik” adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin taleyində həlledici rol oynayan tarixi və siyasi hadisə olduğunu, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə yaradılan partiyanın ötən 34 il ərzində böyük inkişaf yolu keçərək Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qarşıya qoyduğu məqsədlərin uğurla həyata keçirildiyini, ölkəmizin tərəqqisi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətlərin davam etdirildiyini bildirmişlər. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yoluna həsr olunmuş videoçarx izlənilib.

 

Keçidlər