Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında seminar-müşavirə keçirilib
26 aprel 2022-ci ildə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında partiya fəallarının və ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Seminar-müşavirədə partiya fəalları, ərazi təşkilat sədrləri və rayonun bir qrup gəncləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki siyasi proseslərdən danışmışdır. Daha sonra çıxış edənlər bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq, inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir. Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.