Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır!" adlı tədbir keçirilib

20 noyabr 2023 | 18:04

20 noyabr 2023-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis  günü ilə əlaqədar "Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır!" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qasımova Kəmalə bildirmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 31 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynamışdır. Vurğulamışdır ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan danışmış, partiyanın dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini vurğulamışlar. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında videoçarx nümayiş olunmuşdur.

Keçidlər