Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

21 noyabr 2026 | 11:58

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, Ümummilli Lider Heydər Əliyevin müstəsna siyasi xidmətlərindən və partiyanın Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolundan danışmış, Prezident, YAP Sədri cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin qazandığı uğurları, tarixi Zəfəri və həyata keçirilən genişmiqyaslı quruculuq işlərini xüsusi vurğulamış, YAP-ın ildönümü ilə əlaqədar yapçıları təbrik edərək onlara uğurlar arzulamışdır. YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov çıxışında partiyanın 34 il ərzində keçdiyi zəngin inkişaf yoluna nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatındakı aparıcı mövqeyindən bəhs etmiş, rayon təşkilatının fəaliyyəti, üzvlərin fəallığı, gənclərin partiya sıralarına cəlb olunması və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşmüşdür. Partiya veteranı Qüdrət Səmədov isə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma dövrünün tarixi-siyasi reallıqlarından, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından və partiyanın formalaşmasında iştirak edən insanların fədakarlığından danışmışdır. Sonda partiyanın fəaliyyətində və rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvünə Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim olunmuşdur

Keçidlər