Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni dərs ilinin başlanması münasibətilə aztəminatlı ailələrin övladlarına məktəbli forması və dərs ləvazimatları paylanmışdır

01 oktyabr 2024 | 17:56

01 oktyabr 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Konserv zavodunun birgə təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə sosial yönümlü tədbir keçirilib. Rayon icra hakimiyyətinin, Qəbələ Konserv zavodunun, rayon təhsil sektorunun və aztəminatlı ailələrin övladlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova yeni dərs ilinin başlanması münasibətilə tədris ocaqlarının pedoqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik edərək onlara uğurlar arzulamış və təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırmışdır. Qəbələ Konserv Zavodunun direktoru Özgür Demirkıran çıxışında zavod tərəfindən həyata keçirilən sosial layihələrdən və görülən işlərdən söz açmışdır. Çıxış edən təhsil sektorunun müdiri  Arifə Bayramova ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü layihələrdən, Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməsindən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün həyata keçirilən mühüm tədbirlərdən söz açaraq bu gün keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Sonda 180 nəfər şağirdə məktəbli forması və dərs ləvazimatları paylanmışdır.

Keçidlər