Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Yeniyetmələr arasında erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirilib

30 noyabr 2022 | 15:55

Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 30 noyabr 2022-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “Yeniyetmələr arasında erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirilmişdir. Qəbələ RİH-nin, rayon qeydiyyat şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin, rayon uşaq və ailələrə dəstək mərkəzinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsində məqsədin erkən yaşda, eləcədə qohumlar arasında  bağlanmış nikahların fəsadlarının ictimaiyyətə çatdırılması və yetişməkdə olan gənc nəsli bu haqda maarifləndirməkdən ibarət olduğunu vurğulamışdır. Tədbirdə çıxış edənlər erkən nikahların yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edildiyini bildirərək, bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişlər. Vurğulanıb ki, erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Bu neqativ halın bizim ölkədən də yan keçmədiyi və bunun fəsadları barədə insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir. Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər