"Zəfər başlanğıcı-Tovuz döyüşləri" adlı tədbir keçirilib
09 iyul 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində Tovuz döyüşlərinin beşinci ildönümü ilə əlaqədar "Zəfər başlanğıcı-Tovuz döyüşləri" adlı tədbir keçirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Tovuz döyüşlərinin tarixi və strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib, bu döyüşlərin düşmənə qarşı qətiyyətli cavab olması ilə yanaşı, 44 günlük Vətən müharibəsinə gedən yolda xalqda birlik və güvən hissini gücləndirdiyi bildirilib. Çıxışlardan sonra vətənpərvərlik mövzusunda şeirlər söylənilib, Tovuz döyüşlərini əks etdirən foto-sərgi və şəhidlərin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.













