“Zəfər Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir
04 noyabr 2026 | 17:16
Qəbələ rayonunda “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada rayon icra hakimiyyətinin, idarə-təşkilat və müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri xüsusi ayrılmış ərazilərdə 120 ədəd ağac əkmişlər.













