“Zəfər Günü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir
Qəbələ rayonu üzrə Təhsil Sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Qəbələ rayonu üzrə təhsil sektorunun, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və Zəfəri bizə yaşadan igid Şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs edərək, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun göstərdiyi şücaəti və xalqımızın sarsılmaz birliyini xüsusi vurğulamışdır. Şəhid ailələrinin nümayəndələri çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, onların əziz xatirəsinin hər zaman uca tutulacağını qeyd etmişdirlər. Digər çıxış edənlər Zəfər Gününün milli qürur və şərəf bayramı olduğunu diqqətə çatdıraraq, bu tarixi qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulamışlar. Sonda məktəblilərin ifasında “Zəfər Günü” ilə bağlı konsert programı təqdim edilmişdir.













