Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Zəfər günü” ilə əlaqədar “Şuşaya gedən yol-Böyük Zəfər” mövzusunda dəyirmi masa keçirilmişdir

05 noyabr 2023 | 09:50

04 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qəbələ Təhsil Sektorunun iştirakı ilə “Zəfər günü” ilə əlaqədar “Şuşaya gedən yol – Böyük Zəfər” adlı dəyirmi masa keçirilmişdir.  İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün təmin olunması missiyasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam və qəti şəkildə yerinə yetirilməsini diqqətə çatdıraraq, Vətən uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsinin hər zaman əziz tutulacağını qeyd etmişlər. Sonda “Şuşaya gedən yol-Böyük Zəfər” adlı filim nümayiş olunmuşdur.

Keçidlər