Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“Zəfər Günü” və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilib

05 noyabr 2026 | 18:20

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “Zəfər Günü” və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqımızın birlik və həmrəyliyindən bəhs etmiş, Zəfər Gününün xalqımızın tarixindəki mühüm yeri, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyəti, hərbçilərimizin şücaəti və fədakarlığını xüsusilə vurğulamışlar. Sonda şagirdlərin ifasında qələbəyə həsr olunmuş şeirlər səsləndirilmişdir.

Keçidlər