"Zəfər günün mübarək anam Azərbaycanım" adlı tədbir keçirilib
05 noyabr 2024- cü il tarixində Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə " Zəfər günün mübarək anam Azərbaycanım" adlı tədbir keçirilib Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər İkinci Qarabağ Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin tarixindən, dəmir yumruq kimi birləşən ordu-xalq birliyindən, əsgərlərimizin rəşadətindən söhbət açaraq, aparılan uğurlu daxili və xarici siyasət strategiyasının Azərbaycanın nüfuzunu beynəlxalq arenada daha da artırdığını bildirmişlər