Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Zəfər Günü”nə həsr olunmuş “Zəfərin 5 ili” adlı bayram tədbiri keçirilib

06 noyabr 2025 | 15:19

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru Qalib Nəbiyev çıxışında Zəfər Gününün xalqımız üçün tarixi önəmini vurğulamış, Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qəhrəmanlığından danışaraq bu böyük Qələbənin gənclərə örnək olduğunu bildirmişdir. Tədbirdə tələbələrin ifasında vətənpərvər şeirlər və mahnılar səsləndirilmiş, videoçarxlar nümayiş olunmuşdur. Sonda əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş. Zəfər mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

 

Keçidlər