“Zəfər sənindir, Azərbaycan!” adlı tədbir keçirilib
28 oktyabr 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində 8 noyabr - Zəfər Günü ilə əlaqədar “Zəfər sənindir, Azərbaycan!” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev artıq ikinci ildir ki, respublikamızda qeyd olunan 8 Noyabr - Zəfər Gününə aparan yol barədə geniş məlumat verərək bildirdi ki, 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti nəticəsində şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Tədbirdə digər çıxış edənlər “Zəfər tariximiz” haqqında təəsüratlarını böıüşərək vurğuladılar ki, Vətən müharibəsində dövlətimiz və Ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir. Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək.