Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Zəfər yolunun başlanğıcı” adlı tədbir keçirilib.

23 sentyabr 2025 | 11:30

Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Zəfər yolunun başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə  ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Ağaşirin Babayevin  həyat və döyüş yolu haqqında xatirələr dinlənilmiş, haqqında  işıq üzü görən kitab təqdim olunmuşdur. Çıxışlarda torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirilmiş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldığı bildirilmişdir. Sonda mövzu ilə bağlı video material nümayiş olunmuşdur.

Keçidlər