“Zəfərdən Doğan Qürur” adlı tədbir keçirilib
06 noyabr 2026 | 12:31
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən doğan qürur” adlı tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər 8 Noyabr – Zəfər Gününün şanlı tarixi əhəmiyyətindən, xalqımızın Ali Baş Komandan ətrafındakı sarsılmaz birliyindən və rəşadətli Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs etmişlər. Tədbirdə tələbələrin təqdim etdiyi vətənpərvərlik ruhunda mahnı, şeir, milli rəqs, saz ifaları və “Zəfərə gedən yol” adlı səhnəcik qalib xalq olmanın qürurunu bir daha nümayiş etdirib.













