Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Zəfərə gedən yolun başlanğıcı”  adlı tədbir keçirilib

24 sentyabr 2025 | 17:33

24 sentyabr 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Qəbələ rayon MKS-nin şəhər 2 saylı kitabxana filialı və Qəbələ UADM-ın birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü münasibətilə "Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs edilmiş, haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanmışdır.  Tədbirdə Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilmiş, qəhrəman oğullarımızın həyat yolunu, mübarizə və igidliklərini əks etdirən kitablar, fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilmişdir.

Keçidlər