"Zəfərimə rəng qatan üçrəngli bayrağım" adlı tədbir keçirilib
07 noyabr 2024-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzi, GİKM-in Qəbələ nümayəndəliyi və Qəbələ regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "Zəfərimə rəng qatan üçrəngli bayrağım" adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Bayrağının müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı məlumat verərək Ümummilli Lider Heydər Əliyev tərəfindən yenidən dövlət rəmzi olaraq bizə qaytarılan üçrəngli bayrağımızın bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində işğaldan azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığı diqqətə çatdırmışlar. Sonda məktəblilərin ifasında musiqilər səslənib, rəqslər nümayiş olunub.