“Zəfərin Başlanğıcı 27 sentyabr” adlı Anım Günü tədbiri keçirilib.
24 sentyabr 2026-cı il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Zəfərin Başlanğıcı” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər 27 Sentyabr-Anım Gününün ölkəmizin müasir tarixindəki əhəmiyyətindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən bəhs edərək, bu şanlı qələbənin xalqımızın birliyi, şəhidlərimizin qanı və qəhrəmanlarımızın cəsarəti sayəsində qazanıldığını bildirmişlər. Tədbirin bədii hissəsində məktəblilərin təqdimatında vətənpərvərlik ruhunda kiçik ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonda Vətən müharibəsinə və şəhidlərimizə həsr olunmuş videoçarxlar izlənilib













