Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş “Sönməyən İşıq” adlı tədbir keçirilib

26 aprel 2024 | 10:15

Qəbələ şəhər 5 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə  “Sönməyən İşıq” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin  və akedimik Zərifə Əliyevanın, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan rayon təhsil sektorunun müdiri  Arifə Bayramova  qonaqları salamlayaraq akademik Zərifə Əliyevanın  xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirmiş, onun elmi araşdırmalarının Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu  vuruğulamışdır. Digər  çıxışlarda akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş ana olmasından danışılıb. Sonra Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən “Xatirələrdə  yaşayan ömür” adlı videoçarx nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib.

Keçidlər