Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Coğrafi mövqeyi

Rayonun iqlimi. Əsas iqlim tipləri. Rayonun iqliminin təsərrüfat, krort – turizm və sağlamlıq baxımından əhəmiyyəti

Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.

Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu diyarda həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 - 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuş, sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır.

Qəbələnin müassir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. Qəbələnin hava və iqlim şəraiti 1936 – cı ildən şəhərin və bir müddət Nic qəsəbəsində faliyyət göstərən meto stansiyada öyrənilir.

Qəbələ ərazisində çoxillik orta yanvar tempuraturu 0 0 – dən - 14 0 – yə, iyul tempuraturu isə uyuğun olaraq + 24 0 – dən 2 0 –yə qədər dəyişir. Illik orta temperatura cənubda + 10 0 - + 12 0 - dən şimalda 0 0 - - 2 0 - ə qədər dəyişir.

Akademik B.Ə.Budaqovun fikirincə rayon ərazisində ən isti yer Quşlar – Kürd – Bayramkoxa kəndləri istiqamətində müşahidə olunur və burada maksimum tempuratura 410 – 420 – yə çatır.
Rayonda minimum tempuratura isə Bazardüzü zirvəsində (4466 m). – 50 0 – yə qədər düşə bildiyi qeyd olunur.
Rayon ərazisində yağıntıların paytlanmasıda cənubdan şimala doğru dəyişir. Illik yağıntıların ən az düşdüyü Hacallı və Məlikli düzlərinin cənubunda 350 – 400 mm, ə ən çox düşdüyü şimal hissədə 1500 – 200 metr hündürlükdə isə 1200 – 1300 mm-ə çatır. Aparılan müşahidələr zamanı müəyyən edilmişdir ki, rayon ərazisinə düşən illik yağıntıların 25 – 30 % - i may – iyun aylarında yağır.

İ.V.Fiqrovski (1926) Qəbələ rayonunun iqlimini Böyük Qafqazın iqlimi əsasında xarakterizə edərək göstərmişdir ki, buranın iqlimi çox mürəkkəb olub quru subtropik iqlimdən dağlıq tundura iqliminə qədər dəyişir. Ümumiyyətlə rayonun ərazisi Azərbaycanda Lənkaran – Astara zonasından sonra ikinci zonaya (Şəki – Zaqatala) daxil olub subtropikdən mülayim iqlim qurşağına keçid (mötədil) qurşaqda yerləşir.
Yer kürəsində mövcud olan 13 ilqim tipindən 9 Azərbaycanda, o cümlədən 4-ü Qəbələ rayonunun ərazisində forçalaşmışdır.

Iqlimşunas alimlər tərəfindən (İ.V.Fiqrovski və Ə.M.Şıxlınski) Qəbələ ərazisi aşağıdakı iqlim tiplərinə ayrılmışlar.
1. Qışı quraq keçən mülayim-isti iqlim – rayonun cənub hissəsini əhtə edən bu iqlim tipi az yağıntılı, isti – quraq olması ilə xarakterizə olunur. Ağdaş – Göyçay rayonları ilə sərhəddən alçaq dağlıq və Hacallı Məlikli düzünü əhatə edən bu iqlim tipi öz xarakterinə görə Aralıq dənizi tipli subtropik iqlimə çox oxşardır.

2. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim tipi – birinci iqlim tipindən yağıntıların çoxluğu və isti ayın qısa müddətli olması ilə xarakterizə olunaraq əsasən Alazan – Həftəran vadisini və Rayonun 1100 – 1500 m - ə qədər yüksəklikdə olan şimal ərazisini əhatə edir. Burada yağıntıların fəsillər üzrə paylanması bərbərdir. Lakin onun illik miqdarı rayon üzrə maksimum həddə (1200 -1300 mm) çatır. Həmçinin bu iqlim tipi əvvəlki iqlim tiöindən tempuratur rejminə görədə fərqlənir.

3. Yağıntılıları bütün fəsillər üzrə bol düşən soyuq iqlim tipi – rayon ərazisində orta dağlığın yuxarı sərhəddindən başlayaraq okean səviyyəsindən 1500 – 2700 m yüksəkdə olan ərazilər üçün xarakterikdir.

4. Dağlıq tundura iqlim tipi – 2700 m okean səviyyəsindən yüksəkdə olan ərazini əhatə edir. Burada kifayət qədər yağıntı düşməklə yanaşı bütün fəsillərdə hava soyuq keçir. Rayonun yüksək dağ zirvələri daimi qar və buzlaqla örtülü olub tipik dağlıq arktik iqlim şəraiti ilə seçilir. Beləliklə rayon ərazisində cənubdan şimala doğru şaquli qurşaqlar üzrə qeyd edilən iqlim tipləri tempuraturuna və yağıntıların miqdarına görə fərqlənməklə yanaşı fəsillərin növbələməsində də ciddi şəkildə fərqlənir. Savalan və Quşlar kəndlərində yazın gəlişi rayonun ən hündürdə yerləşən Laza (1350 m) və Qəmərvan (1125 m) kəndlərindən ən azı 25 – 30 gün tez müşahidə olur. Payız və qış fəsli isə əksinə. Qəbələnin özünəməxsus iqlimi burada kənd təsərrüfatının çoxsahəli inkişafı üçün tarixən əlverişli şərait yaratmışdır.

Qəbələnin aqroiqlim (kənd təsərrüfatı iqlimi) Azərbaycan Respublkası Milli Elimlər Akademiyasının Coğrafiya İnistitutu tərəfindən 1970-ci illərin ortalarında hərtərəfli tədqiq edilmiş, müxtəlif elmi mənbələrdə bu rayonun aqroiqlim ehtiyatlarına dair geniş məlumat verilmişdir. Rayonun aqroiqlimini müəyyən edən əsas göstəricilər aşağıdakı kimidir. Havanın illik orta tempuraturu 10,6 0, mütləq minimum–140-ə, mütləq maksimum + 37 0–41 0- ə torpağın səthidndə orta tempuratur + 13 0 - ə çatır. Orta illik yağıntıların miqdarı 1027 mm, buxarlanma isə 680 mm olub rütubətlilik əmsalı vahiddən çox (1,5 - ə) nisbi rütubətlilik isə 78 % təşgil edir. Rayon ərazisində əsasən oqroqrafik şəraitlə bağlı dağ – dərə küləkləri müşahidə olunur. Küləyin orta sürəti 0,8 m / san, il ərzində güclü külək əsməsi 3 gün, ,,ağ yelli ” günlər 8 gün, dolu düşən günlər isə iki günə qədər davam etdiyi qeydə alınmışdır.

Rayonda qar örtüyü 45 günə qədər yerdə qalır. Birinci payız şaxtası dekabrın II ongünlüyündə və yanvarda, axrıncı yaz şaxtası isə 8 apreldə müşahidə olunur. 5 0 – dən yuxarı orta illik tempuraturlar cəmi 3769 0 –yə, 10 0 – dən yuxarı (fəal) tempuraturlar cəmi isə 3.361 0 – yə çatır. Bir sm 2 sahəyə düşən günəş istiliyinin (enerjisinin) miqdarı dağ ətəyi hissədə 123,6 kkal – a çatır, yüksək dağlıq hissələrdə isə tədricən artması ( buludluluq azaldığı üçün) müşahidə olunur.

Şaxtasız günlərin orta illik miqdarı 241 gün (minimum 208, maksimum 287 gün) veqetasiya d övründə 5 0 –dən yuxarı tempuratur müşahidə edilən günlərin sayı 265 gün, 10 0 –dən yuxarı olan günlərin sayı isə 198 günə çatır. Professor Ə.C.Əyyubov. (1978) Azərbaycan Respublkiası üzrə apardığı aqroiqlim rayonlaşdırması Zamanı Qəbələ rayonun daxil olduğu Böyük Qafqaz vilayətinin cənub yamacını altı aqroiqlim rayonuna ayrıldığını göstərmişdir. Qeyd edilən rayonların hər birinin kənd təsərrüfatı sahələrinin inkişafında özünəməxsus yeri və əhəmiyyəti vardır.

Relyefi, geoloji quruluşu

Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənud sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.

Baş suayrıçaya daxil olan Saral, Çoban baba, Muçuq, Tufan və Ağbulaq şaxələri zəncirvari şəkildə rayonun ərazisini qərbdən-şərqə əhatə edir.

1. Saral şaxəsi – Raqdan yüksəkliyindən Filfilçay və Tikanlıçaya qədər uzanır. Bu şaxə dəniz səviyyəsindən 2000 M- dən (koşukar dağı) cənubdan 1000-ə qədər hündürlükdə dəyişir.

2. Rüstəmbaz şaxəsi – Salavat çayından iki qola ayrılaraq qərbə doğru Səfəryataq, şərqə isə Rüstəmbaz Salavat dağları (şaxələri) adlanır.

3. Muçuq şaxəsi -Salavat aşırımının (2896 m) cənubi-qərbindən başlayaraq Vəndamçayla Dəmiraparançay arasında yerləşir.

4. Ağbulaq şaxəsi - İsmayıllı rayonun Qaraburğu dağlarından Vəndamçayının şərq (sol) sahillərinə qədər olan ərazisini əhatə edir. Qəbələ rayonun Ərazisi geemorfoloji cəhətdən üç vilayətə bölünür:

1. Dağlıq –denitatsiyaya uğramış vilayət-şimal hissəni (1000-4466 metrədək) olan ərazili:

2. Düzənlik –akkumliyasiya nəticəsində formalaşmış vilayət-Alazan-Həftaran vadisi (450-800 m) burada yerləşir.

3. Yayla –çöl (step) vilayəti-Şəki-Qəbələ yaylasının Hacallı və Məlikli düzləri qeyd olunan vilayətə daxildir.

Qəbələnin müassir ərazisi təqribən 185 milyon il bundan əvvəl dəniz olmuş, Şərqi Avropa (şimaldan) və Ərəbistan (cənbubdan) platformalarının (iki materik tipli tavanın) toqquşması nəticəsində - Alp dağ əmələ gəlmə mərhələsində burada tədricən quru relyef formalaşaraq, 75-85 milyon il bundan əvvəl hazırki relyef formaları yaranmışdır. 10-12 milyon il bunbdan əvvələ baş vermiş sonuncu materik buzlaşması ərazinin relyefnin, xüsusən yeksək fağlıq hissənin formalaşmasında mühüm rol oynamışdır.

Rayonun dağlıq hissəsi Mezazoy erasının Yura və təbaşir dövrünə aid şist, əhəng və qum daşlı suxurların kəskin parçalanması (xüsusi ilə Saralçay, Bumçay və Dəmniraparançayın vadiləri üçün) səciyyəvidir. Vəndam çayının dərəsində qum və sistlərlə yanaşı tufogen (vulkanik) suxurlarda yayılmışdır.

Rayonun ərazisinin cənub – Məlikli və Hacallı düzlərində, Əmilli, kilisə Əmirvan dağlıq tirələrinin (Köndələndağ) Cənub yamacı, Surxayxan dağlarının isə cənub tirələri denitatsiyon (aşınıb parçalanmış) relyef formaları, yarğan – qobu şəbəkəsinin inkişafı ilə seçilir. Alazan – Həftəran vadisində isə akkumiliyativ çöküntülər, çay vadilərində Gətirmə konusları, terraslar və s. Ekzogen mənşəli relyef formaları üstünlük təşgil edir.

Ümumiyyətlə Qəbələnin ərazisi yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar sətli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir. Respublkiamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri : Bazardüzü (4466 m) Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilərdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələnin Şimal sərhədlərində su ayrıcı da yerləşir. Qeyd edək ki, Azərbaycan ərazisində olan 6 km 2 dağ buzlaqları yalnız bu Zirvələrdə (Qapıcıq zirvəsindəki 0,15 km 2 buzlağı nəzərə almasaq) mövcuddur. Rayonun relyefində onun mərkəzi hissəsini qərbdən şərqə kəsib keçən – eni 18-20 km olan Alazan – Həftaran vadisi, bu vadiyə paralel, ondan cənubda yerləşən Əmilli, Gədik, kilisə, Qızlarqalası və Əmirvan ,,dağları köndələndağ ilə ayrılan, qədim Qəbələ elinin adını yaşadan Şəki – Qəbələ yaylası (Hacallı və Məlikli düzləri) başlıca yer tutur. Şəki yaylasının Şirvan düzübdən Surxayxan (Palantökən, Qaş) alçaq öndağ silsiləsi ayırır.

Böyük Qafqaz textonik qalxması ilə Kür dağarası textonik çözməsinin sərhədləşdiyi zonada yerləşən Qəbələ rayonunun ərazisi seysmik cəhətdən fəal zona hesab edilir. 832 illik (1139–1981–ci illər) məlumata görə rayon ərazisində 1949-56-cı illərdə və 1981-ci ilin dekabr ayında dörd dəfə 3-5 bal gücündə zəlzələ hadisəsi qeydə alınmışdır.

Mürəkkəb dağlıq relyef və Mezazoy – Kaynazoy eralarının müxtəlif gioloji dövürlərinə məxsus suxurlar Qəbələnin yeraltı təbii sərvətlərinin rəngarəngliyinə və zənbginliyinə səbəb olmuşdur.

Rayonun ərazisində sənaye əhəmiyyətli gillər, şist, əhəng daşı, çınqıl, çay daşı, mişar daşı (Nic qəsəbəsindən cənubda tosiklə sərhəd bölgədə) yataqları və mineral bulaqları (Qəmərvan, Şonqar, Yengicə, Solqıca və sair) vardır. Metal filiz ehtiyatlarının da olması (Balakən – filizçay polimetal yatağının uyğun geoloji ərazidə yerləşməsinə görə) ehtimal olunur.

Dübrar – Babadağ qalxanının Qəbələ ərazisindəki davamında, Vəndam qəsəbəsindən 4-5 km və Laza kəndindən 3 km şimalda əhəngdaşı yataqları vardır. Lakin sıldırımlı dağlıq relyef şəraiti bu yataqların mənimsənilməsini çətinləşdirir.

Vəndam qəsəbəsi, Həzrə və Seyidqışlaq kəndlərinin əhatəsində (Vəndam antikilinalında) inşaat əhəmiyyətli əhəng daşı (mişar daşı) bu ərazinin sakinləri tərəfindən müxtəlif məqsədləri üçün istifadə olunmuşdur.
Inşaat gilləri – Qəbələ şəhərinin şimali – qərbində (,,Qafqaz” turist bazasının cənubunda yerləşən bu yatağın geloji ehtiyatı 7 min m 3 olduğu müəyyən edilmişdir.), Küsnət, Böyük Əmilli, Çuxur Qəbələ Soltannuxa, Tövlə, Dızaxlı, Yengicə və s . kəndlərin əhatəsində müxtəlif keyfiyyətə malik inşaat gilləri vardır. Rayonda adları çəkilən yataqlardan yerli əhali hələ eramızdan əvvəldən ta bu günə qədər tikinti materialları və məişət qabları istehsalında geniş istifadə etmişlər.
1933-cü ildə Vəndam qəsəbəsinin ,,Şəhərgah” adlanan ərazisində qalınlığı 1,8 m olan boz kömür yatağı kəşf edilmişdir. Gioloji ehtiyatı az olduğu üçün hasilatı iqtisadi cəhətdən əhəmiyyətli hesab olunmur. Mineral sular :

1. Qəmərvan (,,Çömçə bulaq”) mineral bulağı - Qəmərvan kəndindən 5 km Şimalda, Bum çayın dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal- mineral sudur. Təbii tempuratur 39,2 0 –dir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. 1965-1966-cı illərdə və 1973-1977-ci illərdə Sankt-Peterburq şəhərində xüsusi labaratoriyada Qəbələ rayonundakı ,,Qəmərvan” ,,Şonqar” və ,,Yengicə” mineral bulaqlarının suyundan götürlümış nümunələr kimyəvi analizdən keçirilmişdir. Analiz nəticəsində müəyyən edilmişdir ki, Qəmərvan suyunun tərkibində silisumlu birləşmələr 30-40 mq /l, kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Sutqalıq gücü 50 min litrə çatır. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada (Priney yaramadasında) məşhur olan Kuldur mineral suyu ilə analoq təşgil edir. Qəmərvan mineral suyundan müalicəvi istifadə üçün 2007-ci ildən rayonun Qəmərvan kəndi ərazisində “ Qəmərvan” isti su müalicə-sağlamlıq kompleksi başlığı altında müalicə ocağı fəaliyyət göstərir.

2. Şonqar mineral bulağı – Qəbələ şəhərinin şimali – şərqində, Dəmiraparan çayının sol sahilində, ,,Qızılqaya” dağının ətəyində yerləşir. Suyunun minerallığı yüksək olub, 40 q/ litrə çatır. Hidrokarbonatlı, əhəngli soyuq mineral bulaqdır, sutqalıq gücü 86.400 litrə çatır. Yüksək keyfiyyətli içməli su kimi əhali tərəfindən geniş istifadə olunur. 2000-ci ildə bu suyu boru kəməri ilə ,,Zaman” dağının (Dəmiraparan çayının üzərindəki körpüyə) gətirilərək burada ,,Heydər” bulağı adlı bulaq kompleksi yaradılmışdır.

3. Yengicə mineral bulağı - Yengicə kəndinin şimali şərqində, böyük çayın dərəsində yerləşir. Hidrokarbonatlı natrium, maqnezium və əhəngli sudur, ümumi minerallığı 0,48 q/l olub, soyuq kükürdlü sudur. Qəmərvan suyu kimi Yengicə suyunda müalicəvi əhəmiyyəti yerli və ətraf rayonların əhalisinin diqqətini özünə cəlb etmişdir. Bu suyu ,,dağ daşı” ilə süni şəkildə qızdırmaqla bir çox xəstəliklərin müalicəsində geniş istifadə edilir. Yüksək keyfiyyətli sudur. Daşla qızdırılmış Yengicə mineral suyunun ion tərkibi olduqca zənginləşir. Və insan orqanizmi üçün faydalı olan 10-a qədər kimyəvi elementin birləşməsindən ibarət məhlula çevrilir. Bütün bu keyfiyyətləri nəzərə alınaraq 2007-ci ildə müassir tələblərə cavab verən ,,Yengicə istisu müalicə-sağlamlıq kompleksi fəaliyyət göstərir. Hal-hazırda müalicə kompleksinin 2 mərhələsi üzrə tikinti tamamlama işləri gedir.

Qoruq və yasaqlıqlar

Qəbələ rayon əhtəsində yerləşən Dövlət təbiət qoruq və yasaqlıqları haqqında

Rayonun cənub sərhəddində 1958-ci ildə 22.400 ha sahədə arid (quraq) dağ meşə və kol (arcan, saqqız, yabanı nar, meşə üzümü və s) lantşaftını mühafizə etmək məqsədi ilə Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır.

1961-ci ildə qoruğun Qəbələ rayonuna daxil olan 6.994 ha sahəsi qoruq ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmişdir. Hazırda Türyançay Dövlət qoruğu rayonun cənubi – qərb sərhəddini təşgil edir.

Rayonun şərq sərhəddində, Bakı-Qəbələ şosse yolunun üstündə 1981-ci ildə 5.878 ha sahədə, düzən meşə lantşaftının və xallı maralın mühafizə olunması üçün yaradılmış İsmayıllı Dövlət təbitə qoruğu yerləşir.

1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitgiləri, elecə də nəsli kəslimək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanılar mühafizə olunur.

Bitgi örtüyü və heyvanat aləmi

Qəbələ rayonunun təbii sərvətləri sistemində onun torpaq-bitgi örtüyü və heyvanlar aləmi özünə-məxsus yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub istifadə olunmasına görə olduqca rəngarəngdir. Rayonda adambaşına düşən torpaq fondu təqribən respublkia üzrə olan göstəriciyə bərabər olub 1,5 hektar təşgil edir. (Respublkia üzrə bu rəqəm 1,2 ha ya bərabərdir. Məlumdur ki, torpaq sərvəti insanlar tərəfindən istifadə olunmasına görə müxtəlif sahələrə ayrılır: Əkinə yararlı (o cümlədən şumlanan, çoxillik əkinlər və meyvə bağları) otlaq və biçənəklər üçün istifadə olunan, meşə örtüyü altında olan torpaq sahələri, kənd və şəhərlərin salınmasına sərf olunan torpaqlar, yol çəkilişi, çay, göl və su anbarları, bataqlıq sahələr altında qalan torpaqlar və nəhayət bütün bu məqsədlər üçün yararsız olan yarğan, uçqun, qayalı, daşlı və ya buzlaq sahələrinə məxsus olan torpaqlar. Qeyd olunan bütün bu istiqamətlər üzrə Qəbələnin torpaq fondunun təsnifatı cədvəl N 3-də verilmişdir.

Torpaq tiplərinin müxtəlifliyinə görə Azərbaycanı bəzən ,,torpaq muzeyidə” adlandırırlar. Burada böyük həqiqət vardır. Ona görə ki, respublkiamızda ekvatorial qurşağının qırmızı – sarı torpaqlarından başlanmış qütübətrafı ərazilərə qədər yer kürəsində yayılmış demək olar ki, bütün torpaq tiplərinə rast gəlinir.relyef və iqlim şəraitinin rəngarəngliyi, torpaqəmələgəlmə prosesinə təsir göstərən bu və digər amillərin müxtəlifliyi respublkamızda olduğu kimi Qəbələ rayonunda da torpaq tiplərinin zənginliyinə səbəb olmuşdur. Rayonun cənubunda Şirvan düzü ilə sərhədləşdiyi qlçaq dağlıqdan başlayaraq Böyük Qafqazın suayrıcı zirvələrinə qədər torpaq-bitgi örtüyü şauqli qurşaqlıq qanuna uyğun olaraq müxtəlifliyi ilə seçilən areal və zonaların növbələşməsi diqqət cəlb edir.

Quru dağ çöl iqlim şəraitində formalaşan qəhvəyi dağ-meşə torpaqları əsasən rayonun cənubunda kəskin parçalanmış, denidasiyaya uğramış Surxayxan dağlıq ərazisində, həmçinin Alazan – Həftəran vadisində və dağ – meşə qurşağının mütləq hündürlüyü 800-1600 m-ə qədər olan hissəsində bütöv qurşaq əmələ gətirir.
Bu torpaq tipində humusun miqdarı 10-12 % olub aşağı zonada (Surxayxan dağlığında) quraqlığa davamlı (arid) seyrək meşələr və kolluqlar yuxarı zonada isə palıd - vələs – fısdıq meşələri yayılmışdır.

Orta dağlığın meşə qurşağı altında yayılan qəhvəyi torpaq tipi şimala doğru tədricən dağ qonur – meşə torpaqları ilə əvəz olunur. (qonur dağ – meşə torpaqlarında humusun miqdarı 7-8 % olub, fısdıq - vələs – cökə meşələri üstünlük təşgil edir. Rayon üzrə Ümumi torpaq fondunun təqribən 38 40 %-ə qədərini təşgil edən qəhvəyi və qonur dağ-meşə torpaqları bağçılıq, xüsusən qərzəkli meyvəçilik üçün əlverişlidir. Cədvəl N-4-də verildiyi kimi Qəbələ ərazisində tutduğu ərazinin genişliyinə görə ikinci torpaq tipi şərqi zaqafqaziyanın şabalıdı və açıq şabalıdı torpaqlar təşgil edir. Bu torpaq tipi əsasən Hacallı və Məlikli düzlərində Qaş ərazisində yayılmış, dəmyə və suvarma şəraitində dənli və texniki bitkilər üçün olduqca məhsuldar torpaq olub, tərkibində humusun (çürüntünün) miqdarı 4-6%-ə çatır.

Hündürlük qurşaqlığı üzrə rayonda torpaqların paylanması subalp və alp çəmənliklərinin çimli dağ-çəmən torpaqlarının müxtəlif yarım tipləri ilə başa çatır. 2000 m –dən hündürdə rütubətlənmə kifayət qədər olsa da tempuratur göstəricisi torpaqəmələgəlmə üçün bir o qədər də əlverişli deyildir. Rayonda çimli dağ – çəmən torpaqlarının ( 1800 – 2500 m. yüksəklikdə yumuşaq – çimli dağ- çəmən, torflu dağ-çəmən və ibtidai dağ-çəmən torpaq yarım tiplərinə bölünür). Ibtidai dağ-çəmən torpaqlarında humusun miqdarı 8-10%-ə çatır. Rütubətlilik normadan çox tempratur isə aşağı olduğu üçün bəzən padzollaşma da müşahidə olunur.

Qeyd olunduğu kimi dağ-çəmən torpaqları rayonun zəngin ot örtüyünə malik subalp və alp çəmənliklərinin inkişafı üçün əlverişli şərait yaradır.

Beləliklə rayon üzrə torpaq tiplərinin müxtəlifliyi həmçinin relyef və iqlim şəraiti bitgi örtüyünün zəngilnliyinə səbəb olmuşdur.

Qeyd olunan təbii amillərin təsirinin nəticəsidir ki, respublkia ərazisinin cəmi 2 % təşgil edən. Qəbələ rayonunun ərazisində yarımsəhra və səhra bitgiləri olan yovşanlı və şoranotlu bitgilərdən tutmuş dağ tundura təbiətinə xas olan mamır-şibyələrə qədər, quru çöllərin kislofitlərindən düzən və dağ meşələrinin müxtəlif ağac cinslərinə qədər təbii rəngarənglik diqqəti cəlb edir.

Rayon ərazisinin cənub hissəsini yovşanlı, yovşanlı – şoranotlu yarımsəhra bitgiləri, kserafit seyrək meşələr, mərkəzi hissədə (Alazan – Həftəran vadisində) palıd, fısdıq, vələs cinslərindən ibarət meşələrlə yanaşı, yalanqoz, qızılağac, söyüd və qovaq ağaclarının üstünlük təşgil etdiyi düzən meşə landşafı formalaşmışdır. Düzən meşələr tədricən dağ meşə qurşağı ilə əvəz olunur və 1800 2000 m hündürlüyə qədər davam edir.

Meşə qurşağından yuxarıda, 1800-2000-dən 2500-3000m hündürlüyə qədər subalp və alp çəmənlikləri, daha sonra isə qayalı subnival və qarlı-buzlaqlı nirel qurşaqlar bir-biri ilə növbələşir.
Beləliklə cənubdan şimala Qəbələ təbiətinin seyrinə çıxan hər bir turist təqribən 100-120 km məsafədə Aralıq dənizi sahillərindən Arktikaya qədər rastlaşacağı təbii zonaları müşahidə edə bilər. Rayonda meşə örtüyü 60 min hektar olub, umumi ərazinin 23,1 faizi təşgil edir. (Azərbaycanla müqasiədə 2 dəfə çox). Bitgi örtüyünün zənginliyinə və növ tərkibinin müxtəlifliyinə görə seçilən Qafqaz meşələrinin ayrılmaz tərkib hissəsi olan Qəbələ rayonunun meşə örtüyü füsünkarlığı, əl-əlvanlığına və heyrətamizliyinə görə diqqəti cəlb edir. Bu yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən Ümumilli Liderimiz H.Əliyev Qəbələni çox böyük qürurla ,,Azərbaycanın Isveçirəsi” adlandırmışdır.

Qəbələnin dağ və düzən meşələri endemik və relikt bitkilərlə, meyvə və giləmeyvə ağac və kol bitkiləri ilə zəngindir. Fısdıq, palıd, vələs, qızılağac, yalanqoz, ağyarpaq və çay qovağı, söyüd, qarağac. Cökə, ağcaqayın, ardıc, saqqız, şabalıd, qoz, fınbıq və s. ağac və kolları buna misal göstərmək olar. 1961-ci ildə Türyançay dövlət qoruğunun ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmiş, türyançayla – Göyçayçayları arasında yerləşən surxayxan dağlarındakı 6,994 ha arid ,(quraq) meşə lantşaftı əsasən relikt arcan, ardıc, saqqız və yabanı nar ağac və kollardan ibarətdir.

Alazan – Həftəran vadisində isə III dövrə məxsus yalanqoz, qızılağac meşələri ilə yanaşı 1975-ci ildə Azərbaycanın ,,ikinci Hirkanı” olan, Çuxur Qəbələ kəndi yaxınlığında təbii şəkildə yayılmış dəmirağacı meşəliyi aşgar edilmişdir.

2002-ci ildə isə Məmmədağalı kəndi yaxınlığında dəmirağacı meşəliyinin (40 -ə qədər cavan ağac) yeni bir areal müəyyən olunmuşdir.
Azərbaycan təbiətinin yeganə təbii abidəsi olan Həmzəlli kəndindəki Qaracöhrə ağaclarının (yaşı 250-300 ildən çox) əmələ gətirdiyi sıx meşəlik nəyinki ölkəmizin, elecə də onun hüdudlarından çox-çox uzaqlarda yaşayan alim və tədqiqatçının diqqətini özünə cəlb etmişdir.
Qəbələ meşələrində təbii şəkildə yayılan qərzəkli meyvələrdən şabalıd, qoz və fındıq, elecə də armud, alma, heyva, əzgil, zoğal, alça, yemişan, çay tikanı, sumaq, dərgil, yabanı moruq və s. qiymətli qida və dərman bitkilərinin böyük təsərrüfat və müalicə əhəmiyyəti vardır. Buraya yüksək keyfiyyətli nekdarlığı ilə seçilən qarağat, yasəmən, çaytikanı, şabalıd və cökə çiçəkləri, yaylaqlarda, çəmən və düzlərdə yayılmış kəkotu, qaraqınıq, sarıçöp, astraqal, xaşa, baldırqan təbii şəkildə yayılan qızıl gül və s. çiçəkli ot bitkilərinin arıçılığın inkişafı və xalq təbabəti üçün geniş imkanlar yaratdığı da əlavə edilməlidir.
Rayonun meşə və düzləri təbii landşaftdan asılı olaraq müxtəlif heyvan və quş növləri ilə zəngindir. Bunlardan nəcib maral, dağ keçisi, dağ kəli, cüyür, ayı, canavar, vaşaq, meşəpişiyi, dələ, yenot, tülkü, çöl donuzu, dovşan, adi və oxlu kirpi və s. heyvanları, Qafqaz uları, soltan toyuğu, qırqovul, kəklik, turac, bağ toyuğu, çöl göyərçini, qartal, qarğa, köçəri quşlardan vağ, hacıleylək, qızıl qaz, ördək və s. bu yerlərin sakinidir. Çöl və düzlərdə, xüsusən Qəbələ yaylasında sürünənlərin müxtəlif növləri, o cümlədən yüksək keyfiyyətli zəhəri ilə tanınan ,,Tosik gürzəsi ” yaşayır. Rayonun cənub sərhəddi Türyançay, şərq sərhəddi isə İsmayıllı dövlət təbiət qoruqları ilə həmsərhəddir. Bununla yanaşı Qəbələnin əsrarəngiz təbiətini qoruyub saxlamaq məqsədi ilə 1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay hövzələrində, elecə də Əlvan dərəsi ərazisində 39.680 ha sahədə Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır

Aqroiqlim

Dağətəyi – təpəli quraq – isti aqroiqlim rayonu – buraya rayonun ucqar cənub sahələrindən başlamış şimalda Əmilli – Kilsə Yengicə - Qızlarqalası – Bəylərkəndi – Əmirvan dağ tirələrinin (köndələn dağ silsiləsinin) cənub yamacına qədər olan ərazi daxildir. Bu aqroqilim rayonu bütünlüklə Qəbələ yaylasını və Qaş düzünü əhatə edir. Qeyd olunan ərazidə havanın ən aşağı orta illik tempuraturu 0 0 – yə yanvar və iyul ayları arasında tempuratur fərqi (illik t 0 ampilitudası) isə + 31 + 45 0 - yə çatır. 10 0 - dən yuxarı illik t 0 -lar cəmi 2600 – 3000 dərəcəyə bərabərdir. Havanın rütubətlilik əmsalı 0,15 – 0,25-ə bərabərdir. Belə iqlim şəraitinə malik olan ərazi məxsusi subtropik (Aralıq dənizi tipli subtropik) hesab edilir. Respublkiamızın Acınohur düzənliyinin və Ağadaş rayonunun uyğun enliklərinin aqroqilimi ilə oxşarlıq (analoq) təşkil edir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, belə iqlim (məxsusli subtropik) şəraitinə zeytun, püstə, əncir, iydə, dəfnə, üzüm, nar, qafqaz xurması (xırnik), heyva, qismən feyxua və çay bitkiləri yetişdirmək mümkündür. Qeyd olunan rayonda bitkilərin istiliklə təmin olunma şəraitini nəzərə almış olsaq bu ərazi payızlıq taxıl, tütün, günəbaxan, dən üçün qarğıdalı, tərəvəz, üzüm, heyva və nar yetişdirməklə daha bol məhsul əldə etmək olar. 1978-ci ildən 1990-cı illərin əvvəllərinə qədər qeyd edilən ərazidə (Qaş sahəsində, həmçinin Quşlar, Savalan, Kürd, Mamaylı, Bayramkoxa, Məlikli, Bılıx və sair kəndlərin əhatəsində) 10 min hektarla üzüm bağlarının salınması və bol məhsul əldə edilməsi buna bariz nümunədir. Uzun illər bu rayon Qəbələnin payızlıq taxılçılıq zonası kimi təşəkkül tapmışdır.

II. Düzənlik yarımquraq və yarımrütubətli isti Alazan– Əyriçay aqroiqlim rayonu–birinci rayonun şimal sərhəddindən başlayaraq qeyd edilən vadi boyunca enlik istiqamətində qərbdən şərqə (Nic qəsəbəsi, Mıxlıqovaq, Xırxatala – Mirzəbəyli – Soltannuxa – Zarağan – Tüntül – Seyidqışlaq kəndlərinin əhatəsində) yerləşir. Bu ərazidə tempuraturun ən aşağı orta göstəricisi – 12 0 – yə çatır.Illik tempuratur ampilatudası isə 30 – 45 0- yə bərabər olub havanın rütubətlilik əmsalı cənubda yarımquraqdan başlayaraq (0,25–0,35) şimalda doğru yarımrütubətliliyə (0,35 – 0,45) qədər dəyişir. Birinci rayona nisbətən bu rayonun ən aşağı tempuratur kəmiyyətinin və rütubətliliyin artması ilə əlaqədar olaraq burada payızlıq taxıl, tütün, dənlik qarğıdalı, çəltik, tərəvəz (kələm, pamidor, xiyar və s.), həmçinin qərzəkli meyvələr: qoz, fındıq. Şabalıd, şirəli meyvələrdən qızıləhmədi alma, armud və sair yetişdirilməsi üçün əlverişli iqlim şəraiti vardır. 1970-80-cı illərdə zonanın Nic qəsəbəsi və Mıxlıqovaq kəndlərində ixtisaslaşdırılmış tərəvəzçilik təsərrüfatlarının yaradılması, elecə də 1960-cı illərin sonuda mövcud meyvə bağlarının (fındıqçılıq birliyi, qoz və şabalıd) genişləndirilməsi məhz buradakı təbii şəraitin əlverişliliyinə əsaslanmışdır.

III. Dağətəyi isti və orta həddən çox istiliklə təmin olunan (mülayim – kontinental) rütubətli Zaqatala – Qəbələ rayonu. Bu aqroqilim rayonu ikinci rayonun şimal sərhədlərindən başlayaraq qərbdə Oğuz rayonunun sərhədlərindən Abrıx – Tikanlı – Bum – Həmzəlli –Qəbələ - Vəndam yaşayış məntəqələrinin yerləşdiyi enlik üzrə keçərək İsmayıllı rayonunun sərhədlərinə qədər davam edir. Ərazidə havanın ən aşağı tempuratur kəmiyyəti – 120 - - 16 0–yə bərabədir. Qış və yay tempuraturları arasındakı fərq 20–300–yə bərəbərdir. Il ərzində 10-dən yuxarı fəal tempuratur cəmi Bundan 3370, Qəbələdə 3361. Vəndamda isə 3200-ə çatır. Bu aqroqilim rayonunda soyuğa davamlı xırnik, əncir sortları, qoz, findiq, şabalıd, cənub alma və armud sortları, şaftalı, qismən üzüm (şaxtadan qorunmaqla) yetişdirmək mümkündür. Ərazinin iqlim şəraiti tütün, buğda, qarğıdalı və yem bitkiləri yetişdirmək üçün əlverişlidir. Rayonun təbii və mədəni şəkildə ən böyük şabalıd bağları bu aqroiqlim rayonunda.
IV Rayon – orta dağ, orta dərəcədə istiliklə təmin olunan rütubətli Ilisu – Lahıc rayonu olub Qəbələ ərazisində bu rayonun şimal sərhəddi Qəmərvan-Laza enliklərindən keçir. Ərazidə havanın ən aşağı orta tempuraturu–16 0 – yə qədərdir. 10 0 – dən yuxarı illik fəal tempuratur cəmi 2000-26000–yə çatır. Rütubətliliyi üçüncü rayondakı ilə eynidir. Rayonun aqroiqlim şəraiti payızlıq taxıl, kartof, dən üçün qarğıdalı, qoz və şabalıd yetişdirilməsinə imkan yaradır. Qəbələnin aşağı və orta dağ qurşağının sıx meşəlikləri məhz bu aqroiqlim rayonunda inkişaf etmişdir.
V Aqroqilim rayonu - Yüksək dağ, orta həddən az istiliklə təmin olunan bu rayonda 10 0 – dən yüksək illik t0= lar cəmi 800 – 2000 0 –yə bərabərdir. Rütubətli mülayim–kontinetal (20– 30 0 –ə) Qumbaşı – Ağbulaq rayonu olub buraya Qəbələ inzibati rayonun yaylaq otlaq sahələri daxildir. Dağ meşələrinin yuxarı sərhəddini təşkil edən bu rayonda ağac bitkilərinin sıxlığı və növ tərkibi xeyli azalır.
VI. Rayon – Yüksək dağ soyuq (yəni 10 0 –dən yuxarı illik fəal tempuraturların cəmi 800 0 - ə qədər) olan, zəyif kontinental (20 0 – dən çox) aqroiqlim rayonu olub subalp və alp çəmənliklərinin əhatə etdiyi zonadır. Bu rayonun iqtisdai əhəmiyyəti qoyunçuluq təsərrüfatları üçün qüvvəli yem ehtiyatlarının (yay otlaqları) və rayon ərazisindən axan çayların başlıca su mənbələri olması ilə xarakterizə olunur.Yuxarıda verdiyimiz təsnifatdan bir daha aqydın olur ki, Qəbələ rayonunun aqroiqlim ehtiyatları olduqca zəngindir.
Qeyd olunan aqroiqlim rayonlarının hər biri özünəməxsus kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə imkan verir. Təkcə bir faktı göstərmək kifayətdir ki, Hacallı kəndi ilə Qəbələ şəhəri arasında (30 km məsafədə) payızlıq buğdanın tam yetişməsi dövürləri arasında bir aya qədər fərq (cənubda 20. VI, şimalda 20. VII ay) vardır. Bu fakt həmçinin onu deməyə imkan verir ki, rayonun cənub zonasında ehtiyat iqlim şəraiti və uzunmüddətli veqetasiya dövrünün imkanlarından səmərəli istifadə edilərsə təsərrüfatlardan ildə iki dəfə məhsul götürmək mümkündür. Yuxarıda qeyd edildiyi kimi rayonun dağlıq relyefi, müalicə əhəmiyyətli mineral suları, zəngin və rəngarəng təbii landşaftı, dağlıq iqlim şəraiti Qəbələnin dağ – kurort iqlim ehtiyatları ilə zənginliyini bir daha nümayiş etdirir.
Qəbələnin iqlimindəki unikal cəhətdən biri olan, əraziyə düşən yağıntıların 60 %-dən çoxunu gecələr yağması, gündüzlər isə əsasən havanın aydın, təmiz və günəşli olması da onu rekrasiya (kurort –turizim imkanlarını daha da artırır.

Çaylar

Qəbələ rayonunun relyefi və rütubətli iqlim şəraiti ərazidə sıx çay şəbəkəsinin formalaşmasına səbəb olmuşdur. Azərbaycan ərazisindən axan 8359 çayın 486-nın uzunluğu 10 km-dən çoxdur ki, bunun 12-si, 100 km-dən çox uzunluğu olan 23 çaydan isə 2-si Qəbələ rayonunun payına düşür. Rayonun çayları Kür hövzəsinin sol qollarına aid olub, öz suyunu ya bir başa Kürə və ya şirvan zonasının çaylarına axıdır.
Türyançay və Göyçay çaylarının qolları olan Qara, Tikanlı Bum Həmzəlli, Dəmiraparan və Vəndam çaylarının özünəməxsus axım rejmi vardır. Tədqiqtçıların (S.Rüstəmov və B.Budaqov) fikrincə rayonun çayları yazda qar, payızda isə yağış sularından daşqın əmələ gətirən çaylar qrupuna daxildir və il ərzində 4 faza keçirilər. Rayondakı çayların qidalanmasında yeraltı sular 40 – 50 %, yağış suları 25 – 30 % və qar suları 20 – 30 % təşkil edir. Türyançay və onun qolları, həmçinin Dəmiraparan çayının yuxarı axarlarında gedən qidalanmada qar və buzlaq (Dəmraparanda göl) suları əsas rol oynayır. Çayların bol sulu dövrü mart – iyul ayları olub illik axının 45 – 50% -ini təşğil edir. Ən aşağı su sərfi isə avqust ayında müşahidə olunur.
Qəbələ və Oğuz rayonlarının sərhədlərindən axan Turyan çay Raqdan (4020 m) zirvəsinin və Saral silsiləsinin cənubi – qərbində 3680 m hündürlükdən mənbə alır. Bu çayın Qəbələ ərazisindən axan və onun sol qolları olan Qara, Tikanlı, Bum çayları və onların çoxlu sayda qolları (Ağçay, Bazarçay, Yataqçay və s) Nic qəsəbəsi yaxınlığında qovuşaraq onun daha gursulu olmasında mühüm rol oynayır. Tüğyan edən, coşub daşan mənasını daşıyan Türyançayın uzunluğu 180 km olub, Okean səviyyəsindən – 4 hündürlükdə (Zərdab rayonu ərazisində) Kür çayına tökülür. Sutoplayıcı hövzəsinin sahəsi 1840 km 2 olub, respublikamızda çoxsulu çaylar qrupuna daxildir. Türyançayın orta illik su sərfi 18 m3/ san olub, illik axım həcmi 565 milyon m 3-dir. Beyli kəndindən cənubda (Savalanın qərbində) Türyançayda rayon mərkəzindən qərbdə olan ərazilərdən toplanan suların Dəmiraparandan ayrılan qolla birlikdə Qaraçay adlı gur sulu əlavə qolun birləşməsi Türyançay yatağının xeyli genişlənməsinə, suyunun ikiqat artmasına səbəb olur. Çayboğazı adlanan keçiddə tikilmiş Türyançay su qovşağından ayrılan kanallar vasitəsi ilə bu çayın suyundan Ağdaş və Göyçay rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə olunur.
Rayonun ikinci böyük çayı Göyçay çayı Qəbələnin şərq sərhəddi boyunca İsmayıllı rayonu ilə təbii sərhəd təşgil edir. Baba dağın (3632m) qərb ətəklərindən, 1980 m hündürlükdən mənbə alan Göyçay çayı 133 km məsafədə axaraq, Ucar rayonunun ərazisində -1 m hündürlükdə Kürə qovuşur. Sutoplayıcı sahəsi 1170 km 2 olan Göyçay çayı əsasən yeraltı, yağış və qar suları ilə qidalanır. Orta illik su sərfi 12,5 m 3/ san olub, illik axın həcmi 394,2 milyon m3 bərabərdir.

Qəbələ rayonu ərazisində Tufandağın (4191m) şərq ətəklərində mənbə alan Vəndam çayı (rayonun cənubunda təpələr və ya Qaraçay adlanır) və Dəmiraparan (cənubda qobuçay və ya Zalam qobusu) çayının (Göyçay çayının sağ qolları) suları Göyçay çayının qidalanmasında başlıca rol oynayır.

Rayonun mərkəzi hissəsindən axan və güclü sel hadisələri ilə seçilən Dəmiraparan çayı Böyük Qafqazın cənub yamacından, okean səviyyəsindən 3850 metr yüksəklikdən mənbə alır. 90 km məsafədə axaraq Qəbələ yaylasında ,,Zalam Qobusu” adı ilə adlanır. Və Bayramkoxa kəndinin cənub – şərqində okean səviyyəsindən 385 m hündürlükdə Göyçayçayına birləşir. Dəmiraparanın mənbə hissəsindəki Arpalı, Ağnulaq, Tufan, Səngər, Muçuq, Durca və s qolları qar və buzlaq suları ilə yanaşı hövzədəki onlarca dağ göllərndən yeraltı və yerüstü şəkildə qidalanır. Dəmiraparan çayının sutoplayıcı sahəsi 596 km 2 –dir. Qəbələ şəhərinin şimalında çay iki qola ayrılır. Şəhərin şərqindən axan əsas qol Dəmiraparan, qərbindən axanı isə Qaraçay adlanır. Və bu qol cənubda Həmzəlli çayına və daha sonra Mirzəbəyli, Qocalan və s. Xırda çaylarla birləşərək yenidən Qaraçay adını alır və Dızaxlı kəndinin şəqrindən axaraq ,,çayqovşağında” (Savalan kəndinin şimalında) Türyançaya qovuşur. Beləliklə Dəmiraparan çayını Türyançay və Göyçay çaylarının hövzəayrıcı ,,sərhəd” çayda adlandırmaq olar.

Türyançay və Göyçay çaylarının qolları olan Bum, Həmzəlli və Vəndam çayları da yuxarıda adları çəkilən çaylardan sonra gur sululuğuna və uzunluğuna görə seçilir.

Rayon ərazisi çay şəbəkəsinin sıxlığına görə üç zonaya bölünür;

1) Daha sıx çay şəbəkəsi ilə seçilən, qar- buzlaq. göl, yağış və yeraltı sularla qidalanan dağlıq zonanın çayları. Bu zona rayondakı çayların mənbə hissəsini təşkil edir. Qeyd olunan bölgədə əsas çaylar və onun qollarında iti axan, dib erroziyası nəticəsində dərin kanyonvari çay dərələrinin, astana və şəlalərin formalaşması xarakteridir. Dəmiraparan çayının sol qolu olan Muçuqçay üzərindəki eyni adlı (Muçuq) şəlaləsi Quba rayonunun Vəlvəl çay hövzəsindəki Afurça şəlaləsindən sonra hündürlüyünə görə (50 m hündürlükdən axır) Azərbaycanda 2-ci yer tutur Vəndamçayın, Durcaçayın, Həmzəlli və Bum çaylarının yuxarı axarlarında diqqəti cəlb edən şəlalər öz füsünkarlığı ilə insanı valeh edir.

2) Orta dərəcədə sıxlığı ilə seçilən Alazan – Həftəran vadisindən axan çaylar. Burada dağ çaylarının iti axını qismən zəifləyir, yan erroziya güclənir, yuxarı axarlardan gətirilən (daş, çınqıl, qum) qırıntı materialları çökdürülərək çay yatağını doldurur, nəticədə çay öz yerini müxtəlif səmtə dəyişməyə məruz qalır. Qeyd olunan vadidə çayların qidalnmasında səthə yaxın olan yeraltı sular, qaynama və bataqlıqlar (60 – 70 %) yağış 20%, qisməndə qar 10 % suları iştirak edir.

3) Zəyif dərəcədə sıxlığı ilə fərqlənən Şəki - Qəbələ yaylasından axan çaylar. Bura quru dağ – çöl iqlimi şəraitinə malik olduğu üçün ərazidə demək olar ki, özünəməxsus çay əmələgəlimir, özündən şimaldakı ərazilərdən başlayan çaylar burada dərin yarqan – qobu şəbəkəsi yaradır.

Rayonun çaylarından bəhs edərək bu çaylarda baş verən sel hadisələrini xüsusi olaraq qeyd etmək lazımdır. Sel sözü dünyanın bir çox xalqları tərəfindən 50-ə qədər adla adlanır. Alp dağlarında ,,ruff ” ,,nant”, ,,kiş”, almanlarda ,,mur”, orta Asiyada ,,sil”, Qafqazda isə ,,sel”, ,,seyl”, ,,selvav” və ,,sellab” kimi adlanır. Qafqaz xalqları tərəfindən işlədilən ,,sel” anlayışı ərəbcə ,,sey” sözündən olub mənası ətrafı basan coşqun su axını kimiizah olunur.

Ümumiyyətlə respublkiamızda sel məfumu ,,dağların yamaclarından özü ilə iti sürətlə küllü miqdarda daş, çınqıl, qum, gil və sair gətirən, olduqca böyük dağıdıcı qüvvəyə malik olan ,,horra” halındakı su axını” kimi aydınlaşdırılır. Selin gur sudan ən başlıca fərqi onun mənşəyi ilə yanaşı tərkibindəki asılı materialların çox olmasıdır. Adətən daşlı vədaşlı- palçıqlı selləri ilə fərqlənən rayonumuzun çaylarında baş verən sellərdə daş, qum, çınqıl və s ümumi kütlənin bəzən 70 – 80 %-ni, cəmi 20 – 30 % isə su təşgil edir. Belə kütlə çay yatağı boyunca çox vaxtı tam axın əmələ gətirə bilmir, ayrı-ayrı dolaqlardan (yumağa bənzər formada) ibarət olub daxili qüvvənin gücü ilə hərəkət edir. ,,Sel qefili” adlanan bu yamaclar hərəkət zamanı sərt maniyəyə çırpılıb açılır qüvvəli səs və işıq saçaraq bir an içərisində ətrafı daşa, quma, lilə bürüyür. 13 – 16 avqust 1997-ci ildə və 22 – 25 may 2002-ci illərdə Dəmiraparan çayına gələn bu cür seli müşahidə edənlərin çoxları ,,Vulkan lavası” adlandırırdılar.

Tədqiqatçılar tərəfindən öyrənilmişdir ki, rayonumuzun yerləşdiyi Böyük Qafqazın cənub – qərb yamacı öz sellilik həddinə görə planetimizin dağıdıcı selləri ilə seçilən Xuanxe, Yansızı (Çində) Po (İtalyda) və s. Çayları ilə eyni səviyyədə durur. Respublikamız sellərin yayılmasına görə ən şiddətli, orta şiddətli və zəif olmaqla üç rayona bölünür. Qəbələ rayonunun qərb tərəfi, Tikanlı Qara (Türyançay) çayının hövzəsi ən şiddətli, qalan ərazisi isə ortta şiddətli sellilik rayonuna daxildir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Qara – Tikanlı Bum, Həmzəlli, Dəmiraparan çaylarında Şəki rayonunun ərazisindən axan Kiş və Şin çayları da daxil olmaqla son 360 ildə 50 dəfədən çox fəalkətli sel baş vermişdir. ki, bu da respublikamız üzrə həmin dövürdə baş verən dağıdıcı selləruin 30 % təşgil edir. Qəbələ rayonunda ən qüvvətli sel hadisələri XIX əsrin ikinci, XX əsrin I yarısına təsadüf edir. Təkcə bir faktı göstərmək kifayətdir ki, son 100 ildə: ( 1899-1999-cu illərdə) Dəmiraparan çayında 14 dəfə qüvvəli daşqın olmuşdur. Dəmiraparan çayında 9 avqust 1899-su ildə baş verən sel bir neçə saat davam etmiş və Qutqaşın kəndini (indiki Qəbələ şəhərini) tamamilə dağıtmışdır. Təbiətin ritmik hadisələrindən olan sellərin də 100 ildən bir təkrarlanması maraq doğurur. 1973, 2001 və 2002- ci illərdə Dəmiraparanda baş verən dağıdıcı sellər Qəbələ şəhərinin şərq hissəsində bir çox yaşayış məhəllələrinə, meyvə bağlarına sosial obyektlərə küllü ziyan vurmuşdur. Tikanlı, Bum və Həmzəlli çaylarında 1933, 1934, 1935, 1945, 1948, 1952-ci illərdə və XX əsrin son illərində dağıdıcı sellər olmuşdur. 1945-ci ilin iyul ayının 1-də, gecə Tikanlı çayında baş verən sel nəticəsində Tikanlı və Mıxlıqovaq kəndləri arasında bpyük dağıntıya səbəb olmuş, Mıxlıqovaq kəndini isə tamamilə dağıtmışdır. Hündürlüyü 2,5 metr olan və 3,5 saat davam edən bu seli həyətlərə, bağ-baxçaya, əkin sahələrinə vurduğu ziyanın izləri bu gündə qalnaqdadır.

2002-ci ilin iyun-iyul aylarında Türyançayda baş verən dağıntılar zamanı Zarağan – Ağdaş avtomabil yolunun Savalan kəndindən cənubdakı sol sahilində 2,5 – km məsafədə şose yolunu sradan çıxması təhlükəsi yaranmışdır. 2006-cı ilin iyul ayında Bum çayının sol qoluna gələn güclü sel axını Qəmərvan kəndinə düşmüş və bu yaşayış məntəqəsinə küllü miqdarda ziyan vurmuşdur.

Qeyd olunduğu kimi sel təbiətdə baş verən ən dəhşətli dağıdıcı təbii fəlakətlərdən biridir. Belə bir fəlakətin baş vermə səbəbləri və onun qabaqcadan qarşısını almaq imkanları hazırda müəyyən edilmişdir. Hal-hazırda rayonun çaylarında sel-sularından mühafizə bəndləri inşa olunur.

Seli yaradan əsas amil: aşınmaya davamsız olan suxurların uzun sürən quru qışda şaxta aşınmasına məruz qalmış, yazda-yayda yaylaqlarda qoyun quzunun otarılması zamanı aşınmanın sürətlənməsi ,,sel materialını” hazırlayır.
Dağ yamaclarına, çay hövzələrinə gur yağan leysan yağış nəticəsində sel baş verir.

Selin qarşısını almaq üçün dağ yamaclarındakı təbii meşə və kolların mühafizəsi gücləndirilməli yaylaqlardan növbəli örüş kimi istifadə olunmalı çayların yaşayış məntəqələri yaxınlığında sahillərində meşə zolaqları salınmalıdır.

Qəbələ şəhərinin şimalında, Dəmiraparan çayı ilə Qaraçayın ayrıldığı yerdən ,,Rus meşəsi” adlanan meşə zolağı son 100 ildə Qəbələni dağıdıcı sellərdən ehtibarlı şəkildə mühafizə edir. Titomelorotiv tədbirlər sisteminə daxil olan təbii mübarizə iqtisadi cəhətdən ucuz başa gəlməklə yanaşı ümumiyyətlə sel hadisəsinin baş vermə imkanlarını əhəmiyyətli dərəcədə azaldır.

Selə qarşı insanlar tərəfindən aparılan mübarizənin digər yolu yaşayış məntəqələri, əkin sahələri, meyvə bağları və s. ərazilərin yaxınlığından keçən çay sahillərində daş – oduncaq və daş – beton bəndlərin salınmasıdır. 1956-cı ilə kimi rayondakı selli çayların hövzələrində daş-oduncaq bəndlərin salınması əsas yer tuturdu. 1950-60-cı illərdən başlayaraq davamsız və qısaömürlü olan daş-oduncaq bəndləri daha etibarlı və uzunömürlü daş beton bəndlərlə əvəz olunmağa başladı. Belə ki, rayonun Tikianlı ,Bum ,Dəmiraparan,Vəndam, Türyan çaylarında beton bəndlər salınmışdır. Son illərdə qeyd olunan daşqınlı çayların təsərrüfatlara vura biləcəyi ziyanın qarşısını almaq məqsədi ilə daş beton bəndlərin çəkilməsinə və onun keyfiyyətinə daha çox əhəmiyyət verirlr.

Göllər

Qəbələ rayonun ərazisi dağ gölləri ilə zəngindir. Hələ 1882-1890-cı illərdə Qutqaşın məktəbində (indiki Qəbələ şəhər 1 N-li orta məktəbi) müəllimlik edən görkəmli pedaqoq Rəşid bəy Əfəndiyev bu rayonun gölləri ilə maraqlanmış və ,,Nohur gölü” adlı məqalə ilə mətbuatda çıxış etmişdir.

1935-ci ildə gölşunas Ə.H.Əlizadə və 1960-cı ildə R.B.Tarverdiyev və X.C.Zamanov Böyük Qafqazın, o cümlədən Qəbələ rayonunun göllərini tədqiq etmişlər.

Qəbələ rayonun ərazisindəki göllərin böyük əksəriyyəti Dəmiraparan çayının hövzəsində, dəniz səviyyəsindən 2300-3380 m hündürlükdə yerləşir. IV dövr buzlaşması zamanı dağ buzlaqlarının yaratdığı çuxurlarda (buzlaq mənşəyli) və dağarası çökəkliklərdə yerləşən bu göllərin sayı 10-a qədərdir. Çoxsulu dövürdə onların sahəsi 0,1 – 3,8 ha arasında dəyişir. Dəmiraparan çayının və onun qollarının qida mənbəyi rolunu oynayan bu göllərin ən başlıcaları aşağıdakılardır.

Tufan-göl – Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür. Gölün uzunluğu 160 m, eni 125 m, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Dərinliyi 5,6 m -ə çatan Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür. Iyul ayında gölün suyunun t 0 – u +10 0 – dən yüksək olur. Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufan gölü Nuhun gölü kimi tanıyırlar.

Rəvayətə görə guya gölün sahilində Nuhun gəmisinin parçalanmış qalıqlarına rast gəlinmiş. Lakin Tufan dağ, ,,Tufan çay ” və ,,Tufan göl” adları çox güman ki, qeyd olunan coğrafi ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır.

İsmayıl Bəy Qutqaşınlı gölü – Tufan göldən 4 km şimalda, Dəmiraparan çayının sol qolunun mənbəyindən 3 km şimalda, dəniz səviyyəsindən 3,305 m. Yüksəklikdə yerləşir. Sahəsi 1,3 hektar olan bu göl qar suları ilə yanaşı yaxınlıqdakı gursulu bulaq suyu ilə qidalanır. Göldən heç bir çay başlamır.

Lakin yer altı çatlar vasitəsi ilə gölün suyu Dəmiraparan çayının qoluna axır. Adsız göl olduğu üçün 1961-ci ildə tədqiatçılar tərəfindən bu gölə həmyerli yazıçı və hərbi sahədə xidmətlərinə görə general – mayor rütbəsinə yeksəlmiş məşhur sərkərdə Hacı İsmayıl Bəy Qutqaşınlının (1806 – 1869) adı verilmişdir.

Qeyd edək ki, vaxtı ilə Çar Rusiyası tərəfindən gölün yerləşdiyi bu ərazi xidmətlərinə görə İ.B.Qutqaşınlıya bəxşeyiş verilmişdir.

Külək göl – İ.B.Qutqaşınlı gölündən 1 km qərdbə, okean səviyyəsindən 3,380 m hündürlükdə (Rayonun ən yüksəkdə yerləşən gölüdür) yerləşir. Gölün uzunluğu 145, eni isə 110 metr olub, sahəsi maksimum səviyyədə 3,6 ha (az sulu dövürdə isə 2 ha) çatır. Külək gölün qidalanmasında yeraltı sularla yanaşı hövzədəki qar suları da mühüm rol oynayır. Külək gölün ətrafında sahəsi 0,1 hektara qədər olan daha 5 adsız göl var. Külək göldən 50 m şimalda sahəsi 1000 m2 çox, qalınlığı 5 metrə çatan geniş qar ,,talası” vardır ki, buradakı qarın əriməsi nəticəsində yaxınlardakı göllərə xeyli miqdarda (2 l/ san) su axır.

Qotur göl - Dəmiraparan çayının sol qolu olan Arpalı çayın mənbəy hissəsində, dəniz səviyyəsindən 2,340 metr yüksəklikdə qapalı dağarası çökəklikdə, yaylaq zonasında yerləşir. Gölə şimal – şərq tərəfdən kiçik çay axır.

Qotur göl axarlı göl olub, cənubi – qərb tərəfdən Arpaçayın sol qolu bu göldən başlanğıc alır. Tədqiqatçıların fikrincə sabit qidalanma rejminə malik olan Qotur gölün qarşısında bənd çəkməklə ondan təsərrüfat məqsədləri üçün su anbarı kimi istifadə etmək olar. Gölə verilən coğrafi adın mənşəyi suyun müalicəvi əhəmiyyətinə görə - qoyun – quzuda rast gəlinən qoturluq xəstəliyinin qarşısını almaqla əhalinin bu sudan istifadə etməsi ilə əlaqədardır.

Nohur gölü- ( Hohurqışlaq su anbarı) – Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı – yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində (Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8 – 10 m, eni 4 – 6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m3 – çatır. Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür.. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40-50 sm. çatıb..Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007,2008 və 2011-ci ilin qış aylarında təsadüf olunmuşdur.

Rayonun qərb zonasında Köndələndağın əhatəsində, Bum və Həmzəlli çaylarının hövzəsində 1970-80-cı illərdə yerli əhəmiyyət daşıyan kiçik sututarlar yaradılmışdır. Belə su anbarları Xırxatala kəndindən cənubda – Qəbələ Şəki yolundan 1 km Şimalda, Həmzəlli çayında Mirzəbəyli və Soltannuxa kəndlərinin ayrıcında Covurlu çayda, Tola kəndindən cənubda Qəcalan çayının üzərində və Byramkoxa kəndindən cənubda (,,Ulam”) yaradılmış, hazırda torpaq bəndləri yuyulub uçduğu üçün bunları bir çoxu yararsızdır.

Rayonun Şəki- Qəbələ yaylasında təsərrüfatları suvarma suyu ilə təmin etmək məqsədi ilə Vəndam çayından ,,Yenikənd”, Dəmiraparan çayından ,,Əmili”, Qocalan çayından ,,Kürd”, Dızaxlı (Qara) çaydan ,,Tosik” kanalları (arxları) çəkilərək eyni adlı kəndlərin əhatəsində suvarma da bu kanallardan istifadə edilir.

Qəbələ rayonu Azərbaycanda olan dağ buzlaqlarına görə 1 yer tutur. Böyük Qafqazın Azərbaycan ərazisində olan dağ buzlaqlarının demək olar ki, hamısı rayonun Şimal-suayrıcı sərhədlərində yerləşir. Aparılan müşahidələr göstərmişdir ki, son 70 ildə respublkiamızda olan dağ buzlaqlarının sahəsi xeyli kiçilərək 10 km2-dan hazırda 6,6 km2 çatmışdır. Bunun 6,2 km2 bilavasitə Qəbələnin sərhədlərində, təqribən 3600-4000 hündürlükdə yerləşir.

Rayonun ərazisindən axan çayların qida mənbəyi rolunu oynayan buzlaq sahələr Bazar düzü zirvəsində (4466m) 3,6 km2, Bazaryurd zirvəsində (4126 m) 1 km2 Tufandağda (4206m) 0,5 km2 və Şahdağ (4243 m) zirvəsində 1,1 km2 təşgil edir.

Qara, Tikanlı, Bum (Türyançayın qolları) Dəmiraparan və Vəndam çaylarının sutoplayıcı hövzəsində yerləşən, yuxarıda qeyd olunan dağ buzlaqları bu çayların qidalanmasında mühüm rol oynayır. Dəmiraparan və Bum çayının bəzi qollarında dağ buzlaqlarının qidalanmada iştirakı 60 % 70% təşgil edir. Halbu ki, rayon üzrə çay sularının 40-50% yeraltı 25-30% yağış, 20-30% qar və buzlaq suları təşgil edir.

Böyük Qafqaz təbii vilayətinin şirin su ehtiyatlarının (3,873 km3) 13%-i və ya 0,51 km3 Qəbələ rayonunun ərazisindəformalaşdırılmışdır ki, bununda 29 milyon m3 yeraltı sular təşkil edir. Elmi ədəbiyyatda göstərildiyi kimi Qəbələnin yeraltı suları da qurut və təziqli (artezian) sularına ayrılır. Rayonun şimal-dağlıq hissəsində yamacların dikildiyi və dərin çay dərələri ilə parçalanması nəticəsində qurunt suları bulaq və çeşmələr şəkilində səthə çıxır.

Alazan – Əyriçay vadisi yuxarıda qeyd olunduğu kimi Böyük Qafqaz tektonik qalxması ilə Kür dağarası tektonik çökməsinin qırılma zonasına uyğun gəldiyi üçün qurunt suları və təziqli layarası sular daha zəngin olub, səthə yaxındır. Vadinin şimal hissəsindəqurunt sularının səviyyəsi 70-100 m təşgil etdiyi halda Nic qəsəbəsi, Çuxur Qəbələ - Soltannuxa - Yengicə - Məmmədağalı kəndlərinə birləşdirən enlik üzrə bu göstərici O metr olub qurunt suları əksər yerlərdə gur axanlarla səthə çuxur və ya bataqlıq əmələ gətirirlər.

Şəki – Qəbələ yaylasının Hacallı – Məlikli düzlərində qurunt sularının səviyyəsi xeyli aşağı düşür, yaylanın Surxayxan dağları ilə sərhədləndiyi ərazilərdə Quşlar-Kürd-Bayramkoxa kəndləri enliyində yenidən səthə yaxınlaşır, bulaq və qaynamalar əmələ gətirir.

Rayon ərazisindəki təbii bulaq və çeşmələrin kataloqunu tərtib etmiş olsaq onların sayı 1000-dən çoxdur. Rayonun, xüsusəndə köndələn dağdan (Əmilli – Sırtyengicə - Əmirvan dağ tirələri) Şimalda yerləşən elə bir kənd, yaşayış məntəqəsi yoxdur ki, onun əhatəsində onlarca bulaq və ya qaynama olmasın. Yuxarıda rayonun mineral sularının ən məhşurları haqqında məlumat verilmişdir. Aşağıdakı cədvəldə rayonun ən xarakter, suyunun keyfiyyətinə görə daha çox şöhrət tapmış olan bulaqların bir qrupu ilə tanış ola bilərsiniz.

Qəbələ rayonunun ərazisi layarası təziqli sularla da zəngindir. Bu baxımdan rayonun yerləşdiyi Böyük Qafqazın Cənub yamacı Kür – Araz, Samur – Dəvəçi artezian hövzələrindən sonra III yer tutur. Rayonda əhalinin artımı, şirin suya təlabatının yüksəlməsi təziqli – layarası sulardan getdikcə daha çox istifadə olunmasına zəruriət yaratmışdır. Əgər 1970-80-cı illərdə rayonda cəmi bir neçə yerdə artezian quyusu vardırsa bu gün rayon üzrə belə su quyularının sayı 260-dan çoxdur. Qəbələ şəhərində, Vəndam, Nic qəsəbələrində, Zarağan, Böyük Pirəlli, Hacallı, Dızaxlı, Kürd, Sırt yengicə, Yengicə, Nohurqışlaq, Tüntül və s kəndlərdə artezian quyuları əhalinin içməli suya, hətta mal-qara və həyətyanı təsərrüfat işlərinə olan təlabatın ödənilməsində demək olar ki, əsas mənbə rolunu oynayır.

Qəbələ rayonunun yerüstü (çay, göl, su anbarı və buzlaqlar) və yeraltı sularının qeyd olunduğu kimi təsərrüfat əhəmiyyəti böyükdür. Rayon ərazisindəki iti axan dağ çayları əhali və onun təsərrüfat fəaliyyəti üçün şirin su mənbəyi olmaqla yanaşı çox böyük hidroenerji potensialına malikdir. Hələ 1953-cü illərdə Nic qəsəbə sakini Dallari tərəfindən kəndin içərisindən axan çayın üzərində rayonda ilk hidroenerji qurğusu işə salınmış və o zaman bu stansiyanın verdiyi elektirik enerjisindən evlərin işıqlandırılmasında və təsərrüfatda istifadə olunmuşdur.

1956-cı ildə Çuxur Qəbələ kəndinin şimal şərqində Covurlu və Qara çayın qovuşduğu yerdə qızıl xallı (farel) balıq körpələri yetişdirmə zavodu işə salınmış və ötən illərdə bu zavodun yetişdirdiyi 100 molyonlarla qiymətli balıq körpələri Kür çayı vasitəsi ilə Xəzərə axıdılaraq Xəzərin balıq sərvətinin artırılmasında unikal müəssisə kimi fəaliyyət göstərmişdir. Bu gün nəsli kəsilməkdə olan qızıl balıq növünün Qəbələnin şirin su hövzələrində yetişdirilməsi üçün olduqca əlverişli hidro-bialoji təbii şərait vardır. Bütün bunlarla yanaşı rayonun yeraltı və yerüstü suları nəyinki təkcə Qəbələ rayonunun elecə də qonşu Ağdaş, Göyçay, Ucar, Zərdab rayonlarının əhalisi və insanların çoxsahəli təsərrüfat fəaliyyətinin şirin suya olan təlabatının ödənilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Qəbələ rayonun qonşu Oğuz rayonu ilə birlikdə zəngin artezian suyundan Bakı şəhərinin içməli su probleminin həllində istifadə etmək məqsədi ilə Azərbaycan Respublkiasının Prezidenti, Cənab İlham Əliyevin rəhbərliyi və iştirakı ilə 1 mart 2007-ci il tarixdə Oğuz – Qəbələ - Bakı su kəmərinin təməli qoyulmuş, 28 dekabr 2010-cu il tarixdə Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi olmuşdur.. Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur. Oğuz – Qəbələ - Bakı su kəmərinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. http://www.president.az/articles/1346

Keçidlər