Idman
Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsi
Vəzifəsi |
Soyadı, adı, atasının adı |
Telefon |
Ünvanı |
Rəis |
Mahmudov Ramiz Şamil oğlu |
5-20-30 |
Heydər Əliyev Prospekti 226 |
Müavin |
Soltanov Fəxri Elxan oğlu |
5-16-47 |
Qəbələ rayon idman obyektləri
S/S |
Müəssisənin adı |
Ünvanı |
Direktorun soyadı, adı, |
Telefon |
|
Qəbələ şəhəri |
|
||||
1. |
Qəbələ rayon Olimpiya İdman Kompleksi |
Qəbələ şəhər 28 May küçəsi 37 |
Bayramov Şahismayıl Ağasöyün |
050-204-03-03 |
|
2. |
“Qəbələ” İdman Klubunun bazası və stadionları |
Qəbələ şəhər E.Kərimov küçəsi №34 |
Əhmədov Mübariz Əsgər oğlu |
050-290-00-54 |
|
3. |
Atıcılıq Klubu |
Bum qəsəbəsi |
Məcnunov Anar |
050-290-34-76 |
|
İdman Məktəbləri |
|
||||
1. |
Qəbələ Uşaq-Gənclər İdman Şahmat Məktəbi |
Qəbələ şəhər İ.B.Qutqaşınlı 48 |
Əliyev Ədalət Məhəmmədiyyə oğlu |
050-370-79-73 |
|
Regional Gənclər və İdman İdarəsi haqqında məlumat
Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsi 2023 – cü ilin iyul ayında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının Gənclər və İdman İdarələrinin əsasında yaradılmışdır. Regional Gənclər və İdman İdarəsi Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında gənclər və idman sahələrində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən nazirliyin struktur qurumudur. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi Qəbələ şəhər Heydər Əliyev prospekti 226 ünvanında Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasının üçüncü mərtəbəsində üç otaqda yerləşir. İdarədə ştat cədvəli üzrə 14 vəzifə təsdiq edilmişdir ki, bunlar idarə rəisi, rəis müavini, dörd sektor müdiri, iki məsləhətçi mühasib, iki baş məsləhətçi, üç aparıcı məsləhətçi və bir inzibati vəzifələridir. İqtisadiyyat sektorunun, gənclər sektorunun və inzibati sektorun müdiri və baş məsləhətçi ştatı hal-hazırda vakantdır. İdarə işçilərindən 8 nəfər ali təhsilli, bir nəfər natamam ali və bir nəfər orta ixtisas təhsillidir.
İdarə rayonda dövlətin gənclər və idman sahəsindəki siyasətini həyata keçirir. Rayonda hal-hazırda taekvondo, sərbəst-güləş, yunan-roma güləşi, cüdo, boks, armrestlinq, gimnastika, futbol,voleybol, şahmat, stolüstü tennis, mma döyüş növü üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələr rayon mərkəzində və bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərir.
İdarənin fəaliyyəti Gənclər və İdman Nazirliyi tərəfindən razılaşdırılmış tədbirlər planına uyğun olaraq gənclər siyasətinin həyata keçirilməsinə və idmanın inkişafına, kütləviliyinin artırılmasına istiqamətlənmişdir.
Son dövrlər hərbi vətənpərvərlik, yeniyetnmə və gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanması məqsədilə keçirilən tədbirlər çox əhəmiyyətli olmuş və bunun da nəticəsidir ki, “Şahin”, “Sərhəd”, “Gənc xilasedici və yanğınsöndürən” hərbi-idman oyunları üzrə komandalarımız zona və respublika yarışlarında rayonumuzu uğurla təmsil etmişlər. Dövlət gənclər siyasətinin icrası istiqamətində gənclərdə vətənə məhəbbət, dövlət rəmzlərinə hörmət, milli mənəvi və dini dəyərlərin qorunması, məktəblərin yuxarı sinif şagirdləri arasında müxtəlif mövzularda keçirilən inşa yazı, rəsm, mahnı və şeir müsabiqələri idarə tərəfindən mütəmadi olaraq həyata keçirilir. Gənclərin bilik və bacarıqlarının yoxlanması məqsədilə “Bilik” yarışları, “Xəmsə” Milli İntelektual oyunu, “Nə, harda, nə zaman?”, “Breyn-rinq”, “Fibonaççi” intellektual oyunları və viktorinaların keçirilməsi ənənə halını almışdır. İşsiz gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə stimullaşdırılması, peşə seçimi və bu sahədə maarifləndirmə işləri ardıcıl olaraq aparılır.
Respublikamızın bütün bölgələrində olduğu kimi Qəbələ rayonunda da müasir idman quğuları və nəhəng idman obyektləri fəaliyyət göstərir. Buna bariz misal Qəbələ rayonunda tikilib istifadəyə verilən Olimpiya İdman Kompleksi, “Qəbələ” İdman klubunun bazası, stadionlar, Cıdır Kompleksi, Atıcılıq Kompleksi, ”Tufan” dağ-xizək yay-qış istirahət kompleksi, ”Rafting” Mərkəzi və həmçinin tikintisi davam etdirilən “Golf Resort” idman və istirahət mərkəzini göstərmək olar. İldən-ilə rayonun idman infrastrukturu və maddi-texniki bazası möhkəmləndirilir, həmçinin kənd və qəsəbələrdə məktəblərin idman zalları əsaslı təmir edilir və yeni zallar tikilir.
İdman sahəsində keçirilmiş çoxsaylı tədbirlər idmançılarımız üçün əhəmiyyətli olmuş-onlar cüdo, boks, futbol, voleybol, şahmat, sərbəst güləş, taekvondo, döyüş növləri üzrə respublika çempionları, beynəlxalq yarışlarda fəxri kürsüdə yüksək yerlər tutaraq rayonun idman şətəfini layiqlə qorumuşlar.
Bunlarla yanaşı rayonda bir çox beynəlxalq və respublika səviyyəli yarışlar keçirilmişdir.
Qarşıya qoyulan əsas məqsədlərdən biri odur ki, hər bir gənc idmanla məşğul olsun, çünki, sağlamlığı möhkəmləndirməklə, fiziki mədəniyyəti qaldırmaqla sağlam gələcəyə zəmin yaratmaq mümkündür. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Qəbələ rayonunda sağlam gənclik yetişir.