"Semerana" istirahət mərkəzi
Qəbələ rayonu, Vəndam qəsəbəsinin şimalında, Vəndam çayının sahilində yerləşən və əsrarəngiz bir ərazidə dağ, çay, meşə landşaftlarını özündə birləşdirən, Dəniz səviyyəsindən 1105 m hündürlükdə 2 hektar əraziyə malik istirahət mərkəzi Sizə burada istirahətin gözəlliyini həqiqi mənada hiss etməyə imkan verəcək. İstirahət mərkəzi hər tərəfdən meşə ilə örtülmüş dağlarla əhatələnmişdir.
İstirahət mərkəzində,
- üzmək üçün açıq hovuzlar; 1,70 sm böyüklər üçün və 0,60 sm dərinliyi olan kiçiklər üçün
- futbol, voleybol ve badminton oyunları üçün nəzərdə tutulmuş ərazi
- stolüstü tennis və bilyard oyunlar üçün meydança;
- uşaq şəhərciyi;
- at belində qəzinti üçün nəzərdə tutulmuş sahə;
- bar, bilyard;
- 100 nəfərlik diskoteka;
- örtülü avtomobil dayanacaqları.
- televizor (gecə-gündüz peyk antenaları ilə yerli, türk, rusiya və qabaqcıl avropa televiziya kanalları yayımlanır);
- internet xidmətləri (WI-FI)
- daimi isti və soyuq su;
- təlimatçının müşayiəti ilə dağlara cıxış, istirahət zonasından kənar ərazilərdə piyada və ya at ilə gəzinti
- şəlaləyə və Qəbələ rayonunun ən iri gölünə seyr etmək üçün səyyar turlar;
- taksi və transfer xidməti
- milli və avropa yeməkləri, yay mətbəxi
- açıq havada diskoteka
- rus hamamı
Koteclər
İstirahət mərkəzində 12 ədəd kotec tipli 2-mərtəbəli 24 mənzilli otaqlar mövcuddur. Hər bir kotec 2 otaqdan ibarət olmaqla muasir tələblərə uygun inşa olunmuşdur. Koteclərdə 2 nəfər böyük və 2 nəfər uşaqların və yaxud 3 nəfər böyüklərin gecələməsi üçün hər bir şərait nəzərə alınmışdır.
Koteclərin qiymətləri
Bir mənzilin bir gunluyu- 60 AZN
Bir həftəliyin bir gunluyu -50 AZN hər iki halda səhər yeməyi gunluyə daxildir.
Ünvan:
AZ 3600, Qəbələ rayonu, Vəndam qəsəbəsi
Mob.: (994 50) 208-50-59