Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 24) 205-42-20

Qəbələ su-limonad istehsalı zavodu

İllik istehsal gücü 50 milyon litr olan müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsinin bəhrəsidir. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutan müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən quraşdırılmışdır. İstehsal prosesi tam avtomatlaşdırılmışdır. Zavodun iş prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövcud olan bütün prosesləri əhatə edir. Zavodda beş çeşiddə məhsul – kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanaraq müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır.
Yerli və xarici bazarın tələblərinə cavab verən bu məhsulların nümunələri bir çox ölkələrin nümayəndələri tərəfindən laborator analizdən keçirilərək yüksək qiymət almışdır. Müəssisədə istehsal olunan məhsullar Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikaların, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılır. Burada  başlıca prinsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə müəssisələr yerli fermerlərin köməyi ilə ölkəmizin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir. Bu, zavodlardan sifariş alan on minlərlə insanın meyvə və tərəvəz məhsullarının becərilməsinə və yetişdirilməsinə marağını daha da artırır. Bu da ölkəmizdə aqrar sahənin inkişafında mühüm rol oynayan amildir.

Links