Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Duyma" İstirahət və sağlamlıq mərkəzi

"Duyma" istirahət və sağlamlıq mərkəzi

Qəbələ rayonu, Vəndam qəsəbəsinin şimalında, Vəndam çayının sahilində yerləşən və məhdud bir ərazidə dağ, çay, meşə landşaftlarını özündə birləşdirən, təbii şəlaləyə, təqribi 5 hektar əraziyə 2,4 metr dərinliyi olan süni gölə, müalicəvi əhəmiyyətli  mineral suya mailk İstirahət və Sağlamlıq mərkəzi "Duyma", Sizə ilin hər vaxtında dağların əhatəsində istirahətin gözəlliyini həqiqi mənada hiss etməyə imkan verəcək. Dəniz səviyyəsindən 1126m hündürlükdə, sahəsi 7 hektar olan kompleksin öz ərazisində yerləşən 4 mərtəbəli mehmanxana hər tərəfdən meşə ilə örtülmüş dağlarla əhatələnmişdir.
Kompleksin ərazisində:
• şəlalə;
• rezin qayıqlarla üzmək və balıq tutmaq arzusunda olanlar üçün; açıq hovuzlar;
• üzmək üçün açıq hovuzlar;
• mineral su mənbəyi;
• futbol, voleybol ve badminton oyunları üçün nəzərdə tutulmuş qazon;
• stolüstü tennis və bilyard oyunlar üçün meydança;
• uşaq şəhərciyi;
• at belində qəzinti üçün nəzərdə tutulmuş sahə;
• kompüterlər ilə təchiz edilmiş və internet şəbəkəsinə qoşulmuş otaq;
• yay mətbəxi və mineral su mənbəyinin yaxınlığında olan ayrıca cardaqlar;
• restoran, 30 nəfərlik VIP zalı;
• bar, bilyard;
• 200 nəfərlik diskoteka;
• konferensiyalar və danışıqlar üçün xüsusi təchiz edilmiş zal;
• örtülü avtomobil dayanacaqları.

Qonaqların xidmətində 14 nəfərlik mini-avtobus və UAZ avtomaşını vardır.

Mehmanxanada 40 nömrə vardır:
• birotaqlı - 28;
• ikiotaqlı - 10;
• üçotaqlı - 2;

Cəmi 106 nəfər üçün.

Nömrələrin hamısında:
• Mini-bar;
• televizor (gecə-gündüz üç peyk antenaları ilə yerli, türk, rusiya və qabaqcıl avropa televiziya kanalları yayımlanır);
• telefon;
• vanna otağı;
• daimi isti və soyuq su;
• işıq və istilik şəxsi avadanlıqla təmin olunur.

Əlavə xidmətlər:
• Təlimatçının müşayiəti ilə dağlara cıxış, istirahət zonasından kənar ərazilərdə piyada və ya at belində mümkündür;
• Şəlaləyə və Qəbələ rayonunun ən iri gölünə seyr etmək üçün səyyar turlar;
• Qəbələ rayonunun (İsmayıllı, Ağdaş, Şəki, Qöycay, Oğuz) yaxınlığında yerləşən şəhər və tarixi yerlərə avtobus ekskursiyaları;
• Konferensiya və konsertlərin təşkilatı.
Nömrə fonduna daxildir:
- Minibar
- Televizor - (gün ərzində üç püyk antenası ilə yerli, türk, rus və avropanın aparıcı proqramlarını izləmək imkanı)
- Telefon
- Vanna otağı
- Daimi soyuq və isti su
Otaqların isitmə və işıqlandırma sistemləri "Duyma" mərkəzinin daxili avadanlığı hesabına 7/24 saat ərzində tənzimlənir.
Əlavə xidmətlər
- Bələdçinin  müşayəti ilə dağlara səyahət etmək, istirahət kompleksinin xaricinə atla və piyada gəzinti
- Şəlaləyə və Qəbələ rayonun ən böyük gölünə gəzintilər
- Tarixi yerlərə və Qəbələ rayonunun yaxınlığında yerləşən (İsmayıllı, Ağdaş, Şəki, Göyçay, Oğuz) şəhərlərə avtobus ekskursiyaları
- İnternet xidmətləri (WI-FI)
- Konfransların və konsertlərin yüksək səviyyədə təşkili
- Sifarişlə miniavtobus və avtomobillərin təşkili
- Kempinq xidmətləri
- Taksi və transfer xidməti
- Milli və avropa yeməkləri, yay mətbəxi
- Açıq havada diskoteka

Ünvan:
                AZ 3600, Qəbələ rayonu, Vəndam qəsəbəsi
                                Tel.:       (994 2420) 9 16 00
                             Faks:       (994 2420) 9 16 06
                             Mob.:       (994 51) 831 21 21
                                             (994 51) 831 21 31

Keçidlər