Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ Xanlar” turizm istirahət mərkəzi

“Qəbələ Xanlar” turizm istirahət mərkəzi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1100m yüksəklikdə, Dəmiraparan çayının sağ sahilində, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində (şimal hissə) yerləşir. Mərkəz hər tərəfdən meşələr və dağlarla əhatə olunmuşdur.
“Qəbələ Xanlar “ turizm istirahət mərkəzində altı ədəd kottec var ki, bu kotteclərdə eyni vaxtda 27 nəfər istirahət edə bilər. İstirahət mərkəzi əsasən azərbaycan mətbəxi əsasında fəaliyyət göstərir. Azərbaycanin (xüsusən də Qəbələnin) ən ləziz yeməklərini burada sifariş vermək mümkündür. Bura daxildir Qəbələ plovu, Qəbələ buğlaması, Qəbələ çığırtması, cökə və fıstıq yarpağından hazirlanan dolma, kötük döyməsi və bir çox yeməkləri misal göstərmək olar. İstirahət mərkəzi eyni zamanda 200-ə yaxın insana xidmət göstərmək iqtidarındadır. Bu istirahət mərkəzində təklif olunan yeməklər keyfiyyətinə və təmizliyinə görə tamamilə fərqlənir.
“Fərid” kiçik müəssisəsinin nəzdində fəaliyyət göstərən “Qəbələ Xanlar” turizm istirahət mərkəzi  Azərbaycan mətbəxinə xas olan ləziz təamlarının hazırlanması üçün 36 nəfərlik heyəti ilə öz işlərini günün tələbləri səviyyəsində qurur, əhaliyə yüksək keyfiyyətli iaşə xidmət göstərirlər.

Əlaqə tel:  050 348-14-40      administrator
                        050 335-29-67       təşkilatçı
                        050 677-19-24      baş-ofisant

Keçidlər