Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayon təhsil işçilərinin toplantısı keçirilmişdir

30 aprel 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayon təhsil işçilərinin toplantısı keçirilmişdir. İlk öncə toplantı iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gələrək xalqımızın böyük oğluna sevgi və ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzinin tamaşaçı zalında davam edən tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmişdir. Tədbiri açıq elan edən rayon Təhsil şöbəsinin müdiri Oktay Hacıyev ulu öndər Heydər Əliyevin təhsil sahəsinə böyük önəm verməsi, qayğı göstərməsi, bu sahədə gördüyü işlərdən söz açdı. Natiq  dövlət başçısı İlham Əliyevin ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi onun mütərəqqi ideyalarını bu gün də  həyata keçirdiyi, təhsil sahəsini müntəzəm  inkişaf etdirdiyi diqqətə çatdırdı. Tədbirdə çıxış edənlər  Qəbələ şəhər 2 saylı  tam orta məktəbin dil-ədəbiyyat müəllimi Vüsalə Namətova, Ziring kənd ümumi orta orta məktəbinin biologiya müəllimi Sərxan Həşimov, Vəndam qəsəbə  1 saylı tam orta məktəbin xarici dil müəllimi  Mədinə Qasımova  müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğma vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, dahi rəhbərin elmə, təhsilə daim xüsusi önəm verdiyini diqqətə çatdırmışlar. Daha sonra məktəbli şagirdlər Heydər Əliyevin xatirəsinə həsr edilmiş şerləri kompozisiya şəklində ifa etdilər. Tədbirdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ümumrespublika müsabiqələrində müxtəlif nominasiyalar üzrə yüksək nəticələr əldə edən məktəblilərin mükafatlandırılmasında iştirak edən rayon icra hakimiyyətinin başçısı onları təbrik edərək müvəffəqiyyətlər arzuladı. Sonda toplantı iştirakçıları “Böyük ömrün anları”sənədli filminə baxış keçirdilər.

Keçidlər