Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qəbələyə səfəri 10 sentyabr 2012-ci il.

11 sentyabr 2012 | 15:00

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlmişdir.Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
İlham Əliyev Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında son tamamlama işlərinin gedişi ilə tanış olmuşdur
İlham Əliyev Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında son tamamlama işlərinin gedişi ilə tanış olmuşdur Prezident İlham Əliyev Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olmuşdur.Əvvəlcə dövlət başçısı Mədəniyyət Evinin tikintisini və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxdı. Sonra Azərbaycan Prezidenti Mədəniyyət Evinin teatr-konsert zalında oldu. Bildirildi ki, burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır.Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur Prezident İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxdı.Məlumat verildi ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır.Qeyd edildi ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə tanış olmuşdur.Dövlət başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxdı. Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin yeni binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılmışdır.
Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarənin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir.Diqqətə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür.Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcəkdir.

İlham Əliyev Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur.Dövlət başçısı kompleksin texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Məlumat verildi ki, ümumi sahəsi 19 min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran, trenajor, fitnes zalları fəaliyyət göstərəcəkdir. Burada, həmçinin hovuz, fəvvarələr kompleksi, avtomobil dayanacağı da yaradılacaqdır. Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur. Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
İlham Əliyev Qəbələdə stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
İlham Əliyev Qəbələdə stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.Dövlət başçısına məlumat verildi ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılacaqdır. Bundan başqa, ərazidə içməli su və yanğından mühafizə çənləri, müxtəlif mühəndis qurğuları, transformator yarımstansiyası da qurulacaqdır.Prezident İlham Əliyev tüfəngdən hədəfə bir neçə sərrast atəş açdı.Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Qəbələdə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinda aparılan tikinti işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qəbələdə tikilən “Tufan” dağ-xizək yay-qış istirahət kompleksində işlərin gedişi ilə tanış olmuşdur.Məlumat verildi ki, dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu sağlamlıq-turizm obyekti Qəbələ şəhərindən təxminən dörd kilometr aralıda yerləşir. Kompleksin inşa edilməsi turistlər üçün bütün fəsillərdə ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradacaqdır.Kompleksin trassa sistemi hər bir qonağın onun üçün məqbul enmə zolağını, maililiyini və çətinlik dərəcəsini seçmək üçün nəzərdə tutulmuşdur. Yamaclar “Everest” markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndiriləcəkdir. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin təcrübə toplamasına xidmət edəcəkdir. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metrdir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə imkanları, xizək sürənlərin digər trassalardan kənar hərəkət etmə imkanları nəzərə alınmaqla, qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulmuşdur.Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi qərara alınmışdır. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. Bu istirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaqdır.

X X X

Daha sonra Prezident İlham Əliyevə Qəbələ rayonu ərazisində inşası planlaşdırılan “Aquapark” istirahət və əyləncə mərkəzi haqqında məlumat verildi.Bildirildi ki, yeni mərkəz bir neçə funksional hissədən ibarət olacaqdır. Konstruktiv quruluşuna görə mərkəzin binası monolit dəmir-beton tikili olacaqdır. Dam örtüyü açılıb-yığılan alüminium konstruksiyadan qurulacaqdır.Diqqətə çatdırıldı ki, yüksək komfortlu funksional zona kimi fəaliyyət göstərəcək mərkəzin su-əyləncə bölməsinin ümumi sahəsi 5 min kvadratmetr olacaqdır. Burada bütün su attraksionları yerləşdiriləcəkdir. İlin isti aylarında dam örtüyünün açılması nəzərdə tutulur. Bütün su hövzəsi qonaqların yaşına uyğun olaraq zonalara bölünəcəkdir. Su zonasının mərkəzində dalğalı hovuz yerləşəcəkdir. Xüsusi avadanlığın köməyi ilə burada 1,2 metrə qədər hündürlükdə süni dalğaların yaradılması mümkündür. “Aquapark” çoxlu sayda müxtəlif texniki sistemlərdən istifadə edilməklə inşa olunacaqdır.

X X X

Prezident İlham Əliyev rayonda inşası nəzərdə tutulan “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə də tanış oldu.Məlumat verildi ki, Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və Klubunun yaradılması qərara alınmışdır. Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcəkdir. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaqdır.Azərbaycan Prezidenti tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını vedri.

Keçidlər