Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

15 iyun – Milli Qurtuluş Günü qeyd olunmuşdur.

16 iyun 2013 | 15:00

15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Qəbələ şəhərinin mərkəzində Heydər Əliyev parkında təşkil olunmuş tədbirdə İlk öncə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ulu Öndərin ölkəmizdə dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərindən söz açmışdır. Bildirilmişdir ki, 15 iyun - Milli Qurtuluş Günü 1997-ci il iyunun 27-si Milli Məclisin qərarı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan bu günədək xalqımız iyunun 15-ni bayram kimi qeyd edir və bu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir. Tədbirdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan qüdrətli ölkəyə çevrilməsi, ordunun gücləndirilməsi sahəsində aparılan səmərəli və məqsədyönlü işlər haqqında məlumat verilmişdir. Rayon Mədəniyyət evinin incəsənət ustalarının iştirakı ilə  davam etən maraqlı konsert proqramında vətənə, xalqa, torpağa həsr olunmuş musiqilər səslənmişdir.

Keçidlər