Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Latviyanın keçmiş Prezidenti Valdis Zatlers Qəbələnin istirahət və turizm obyektləri, istehsal və emal müəssisələri ilə tanış olmuşdur

08 oktyabr 2012 | 15:00

Latviyanın keçmiş Prezidenti Valdis Zatlers Qəbələnin istirahət və turizm obyektləri, istehsal və emal müəssisələri ilə tanış olmuşdur. Latviyanın keçmiş Prezidenti Valdis Zatlers oktyabrın 7-də Qəbələ rayonuna səfər etmişdir.
Qonaq əvvəlcə Qəbələdə “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Valdis Zatlers rayonda “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin inşası ilə də tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, bu sağlamlıq-turizm obyektində turistlərə qış idman növləri ilə məşğul olmaq, eləcə də ilin bütün fəsillərində ekskursiya gələnlərin istirahəti üçün şərait yaradılacaqdır. İstirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaqdır.
Sonra latviyalı qonaq 5 hektar ərazidə müasir üslubda inşa edilmiş “Fitnes” sağlamlıq mərkəzi ilə tanış olmuşdur. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə idman qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır. “Fitnes” sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan vardır.
Sonra qonaq “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, Qəbələ Konserv və limonad zavodlarında olmuş, istehsal prosesi ilə maraqlanmışdır.
Latviyanın keçmiş Prezidenti Valdis Zatlers Qəbələdəki beşulduzlu otellər – “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu ilə də tanış olmuşdur.

Keçidlər