Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə çərçivəsində seminar keçirilmişdir.

06 iyul 2013 | 15:00

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbi, Kipr Lefke Avrupa Universiteti,  Hədəf Kursları və Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda  “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə çərçivəsində seminar keçirilmişdir.Tədbirdə 200-dən çox abituriyent və valideyn iştirak edib. Seminarın açılışında çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev bildirib ki, bu tədbir uzun müddət gərgin hazırlıq mərhələsi keçən abituriyentlər və övladlarının həyəcanını bölüşən valideynlər üçün çox vacibdir.Hədəf Kurslarının baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq isə vurğulayıb ki, cəmiyyətdə savadlı gənclərin yetişməsi və onların uğurlu karyeraya qədəm qoyması yalnız bilikdən yox, həm də psixoloji hazırlıqdan asılıdır: “Bəzən imtahanlara həddən artıq gərgin hazırlaşan abituriyentlərin imtahan vaxtı çətinə düşdüyünü,  uğursuzluğunu eşidib təəccüblənirik. Hətta imtahandan sonra depressiyaya uğrayan gənclərimiz də olur. Biz çalışmalıyıq ki, bu cür halların qarşısını alaq, həyatda təzə-təzə formalaşmağa başlayan gənclərə ruh yüksəkliyi aşılamalı, pozitiv motivasiya verməliyik”.Lefke Avropa Universiteti Türk dili və Ədəbiyyatı bölümü başkanı cənab Nazim Muradovun layihənin vacibliyini vurğulayaraq qeyd edib ki, gənclərin həyatlarındakı yeni mərhələyə uğurla qədəm qoyması üçün psixoloji hazırlıqları da önəm daşıyır və bu məsələdə valideynlər də övladlarına dəstək verməli, onların çox stress yaşamasına imkan verməməlidirlər.Seminarda “Özünə inam”, “İmtahana necə hazırlaşmalı”,  “Doğru ixtisas seçimi: ixtisas və siz” , “Doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı” və “Valideyn abituriyentə necə dəstək verməlidir” mövzularında çıxışlar diqqətə çatdırılmışdır..

Keçidlər