Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qafqazda konfliktlər adlı beynəlxalq konfransın iştirakçıları tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər.

11 iyul 2013 | 15:00

Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qafqazda konfliktlər adlı beynəlxalq konfransın iştirakçıları tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar rayonun istehsal müəssisələrindən Konserv zavodunda, Piano fabrikində istehsal prosesini yaxından izləmiş, burada onları maraqlandıran suallar müəssisənin mütəxəssisləri tərəfindən cavablandırılmışdır. Daha sonra qonaqlar Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirmişlər. Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri çəlb etmişdir. Beynəlxalq konfransın iştirakçıları rayonun Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsinə də baxış keçirmişlər. Qəsəbədə yaşayan azsaylı xalqların yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanan qonaqlara məlumat verilmişdir  ki, “Cotari“ Alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir.Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udinlər mehriban şəkildə bir yerdə yaşayırlar. Rayondan xoş təəsüratla ayrılan beynəlxalq konfransın iştirakçıları Qəbələ rayonunun tarixi mədəni, unikal təbii-iqlim şəraiti olan gözəl bir məkan olduğunu bildirmişlər.

Keçidlər