Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“18 oktyabr – Müstəqilliyin Bərpası günü”nə həsr edilmiş “Müstəqillik illərində dövlət gənclər siyasəti” adlı dəyirmi masa keçirilib

18 oktyabr 2022 | 16:20

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “18 oktyabr – Müstəqilliyin Bərpası günü” ilə əlaqədar “Müstəqillik illərində dövlət gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə rayon gənclər və idman İdarəsinin rəisi Fəxri Soltanov açaraq gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasında bu cür görüşlərin əhəmiyyətindən danışmışdır. Çıxış edənlər bu gün Azərbaycanın  həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım tempinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını qeyd etmiş, müstəqillik illərində Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət aparıldığını, gənclərin dünyaya inteqrasiyası və cəmiyyətdə öz yerini tutması üçün bir çox layihə və proqramların həyata keçirildiyini vurğulamışlar. Sonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri fəaliyyətə görə bir qrup gənc fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər