Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı keçirilmişdir

01 avqust 2013 | 15:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də muğam axşamı keçirilmişdir., “Ustaddan şagirdə” adlı konsertdə tanınmış xanəndə, Xalq Artisti Mənsum İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış etmişlər.
Ümumilikdə 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilmişdir.
Çoxsaylı tamaşaçılar qarşısında geniş proqramla çıxış edən muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət etmişlər.
Xanəndələrimizin ifa etdikləri “Bayatı-Şiraz”, “Mahur”, “Segah”, “Şahnaz”, “Rast” muğamları, eləcə də “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən heyranlıqla qarşılanmışdır.
Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edirlər.

Keçidlər