Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Beynəlxalq Ahıllar Günü” münasibəti ilə geniş tədbir keçirilmişdir

03 oktyabr 2012 | 15:00

Qəbələ rayonunda “Beynəlxalq Ahıllar Günü” münasibəti ilə geniş tədbir keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlanan tədbir “Qəbələ otel” də bayram süfrəsi arxasında davam etdirilmişdir.
Tədbiri rayon Ağsaqqallar şurasının sədri Nazim Mustafayev açmışdır.
Giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin sektor müdiri Varis Yaqubov qeyd etmişdir ki, BMT-nin baş məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi məqsədi ilə qətnamə qəbul edilmiş və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi elan olunmuşdur. 1999-cu il isə Beynəlxalq Ahıllar İli adlandırılmışdır.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirildiyini vurğulayan natiq 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini , ölkədə 70 yaşına çatmış vətəndaşların ahıl sayıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Varis Yaqubov dövlətimizin ahıl vətəndaşlarının sosial problemləri ilə tanış olmaq, onların ehtiyyaclarının müəyyənləşdirərək qeyri-hökumət təşkilatları və əlaqədar qurumlarla birlikdə həll edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi ilə bağlı 1993-cü ildən etibarən hər il 1 oktyabrın Respublikamızda “Beynəlxal Ahıllar Günü” kimi qeyd edildiyini demişdir.
Qəbələ şəhər ahıllarının nümayəndəsi Əliş Ağayev bu əlamətdar gün münasibəti ilə ağsaqqallar şurasının gördüyü işlərdən danışmışdır.
Daha sonra ahıllardan Şirin Şirinov, Müzəffər Rəhimov, Nurəddin Tağıyev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəna Mahmudova, Qırmızı Aypara Cəmiyyətinin rayon təşkilatının sədri Sədaqət Bayramova çıxış edərək dövlətimizin ahıllara göstərdiyi qayğıdan danışmış, ahılların bu gün cəmiyyətimizdəki mövqeyindən söz açmış, gənc nəslin tərbiyəsi sahəsində onlara daha cox ehtiyacın olduğunu diqqətə çatdırmışlar.
Tədbiri Varis Yaqubov yekunlaşdıraraq ahıllara sağlam ömür arzulamışdır.

Keçidlər