Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Musazadə Azər Çingiz oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

30 noyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Musazadə Azər Çingiz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Həmçinin şəhidin xatirəsinə Şəfili kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər