Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində "20 yanvar Ümumxalq Hüzn günü"nə həsr edilmiş silsilə tədbirlər keçirilir

20 yanvar 2022 | 04:00

Qəbələ  rayonunun  bütün  ümumtəhsil  müəssisələrində  "20 yanvar Ümumxalq Hüzn günü"nə həsr  olunmuş  dəyirmi  masa,  seminar  və  mühazirələr, tarixi  günə  həsr  olunmuş  xüsusi  dərslər  keçirilmiş, şagirdlərin  Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. Ümumtəhsil  müəssisələrinin  IX-XI  sinif  şagirdləri  arasında  “Qəhrəmanlar  ölmür”  adlı  inşa  müsabiqəsi,  rəsm  sərgisi  keçirilmiş,  qalib  olan  şagirdlər  təhsil  şöbəsi  tərəfindən  Diplomla  təltif  olunmuşlar. 18 yanvar 2022-ci il tarixdə Vəndam  qəsəbə  2  saylı  tam  orta  məktəbdə  keçirilən elmi-praktik  konfransda  çıxış edən  təhsil  şöbəsinin  müdiri  A.Bayramova  20  Yanvar  faciəsinin  səbəblərindən, Azərbycan  xalqının  azadlıq  mübarizəsindən  danışmış, həmin gün  xalqımıza  qarşı  törədilən  bu  qanlı  və  qəddar  aksiyaya  ulu  öndər  Heydər  Əliyevin  1993-cü  ildə  ikinci dəfə  hakimiyyətə  qayıdışından  sonra  siyasi-hüquqi  qiymət  verildiyini qeyd etmişdir. Sonda  məktəblilərin  hazırladıqları  ədəbi-bədii  kompazisiyalar və səhnəciklər  təqdim  olunmuşdur.

Keçidlər