Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə YAP-ın təsis edilməsinin 20-ci ildönümü qeyd olunmuşdur

11 noyabr 2012 | 16:00

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 20-ci ildönümü münasibətilə noyabrın 10-da Qəbələ rayonundakı “Qafqaz Resorte” otelində konfrans keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
Tədbirdə dövlət himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov, Qəbələ rayonundan millət vəkili seçilmiş Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatının İdarə Heyətinin üzvü Səbuhi Abdullayev, YAP rayon təşkilatının sədr müavini, partiyanın aparat rəhbəri Elçin Tağıyev çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, ötən 20 il ərzində qazanılmış uğurlardan, ölkənin tərəqqisində bu siyasi qurumun üzvü olan insanların əvəzsiz rolundan bəhs etmişdir. Bildirilmişdir ki, xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmiş və 7 aydan sonra bu siyasi qurum ilk böyük uğuruna imza atmış, yəni xalqın istəyi ilə YAP-ın sədri ölkə prezidenti seçilmişdir. 1993-cü il sentyabrın 19-də təsis edilən YAP Qəbələ rayon təşkilatı bu gün 5307 üzvü öz ətrafında birləşdirir. 76 ilk partiya təşkilatı olan YAP Qəbələ rayon təşkilatının ötən 20 ildə 4 dəfə qurultayı olmuş, 8 dəfə konfransı keçirilmişdir.
Konfransda çıxış edən fəal YAP üzvləri Almaz Ağayeva, Şahmurad Ağasıyev qeyd etmişdir ki, YAP ötən 20 il ərzində keçirilmiş bütün seçkilərdə əhalinin rəğbətini əldə edərək qələbə qazanmışdır. Qeyd olunmuşdur ki, YAP cəmiyyətin ən mütərəqqi partiyasıdır. Öz ətrafında ziyalı təbəqəsini birləşdirən YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atmışdır.
Tədbirdə bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur. YAP rayon təşkilatının fəaliyyətində fərqlənən şəxslərə isə Fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov da iştirak etmişdir.
 

Keçidlər