Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş açıq dərs keçirilmişdir.

03 may 2014 | 15:00

Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bunların arasında rayonun idarə, təşkilat, müəssisələrində çalışan gənclər və ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil edilən tədbirlər daha çox üstünlük təşkil edir.
Bu gün keçirilən “Heydər Əliyevin ideyaları əbədi yaşayacaqdır” mövzusunda açıq dərs də bu səpkili tədbirlərdən olmuşdur.
Dərsdə mərkəzin fond mühafizi Kəmalə Qasımova mövzuya dair mühazirə oxumuş, ümummili liderin fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat verilmişdir.
Heydər Əliyevin xalqa, vətənə, ölkənin inkişafına  göstərdiyi xidmətləri, gənc nəslin təhsili üçün gördüyü işləri, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda etdiyi fədakarlıqları geniş təhlil edən mühazirəçi, böyük dühanın  dövlətçiliyimizin və müstəqilliyimizin tərəqqisi naminə həyata keçirdiyi mütərəqqi  islahatların prioritetlərini  tədbir iştirakçılarının diqqətinə  çatdırmışdır.
Sonda dahi şəxsiyyətin həyatını və fəaliyyətinin müxtəlif sahələrini əks etdirən broşürlər paylanılmışdır.

Keçidlər