Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir.

04 may 2014 | 15:00

Qəbələ Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmışdır. Sonra mədəniyyət mərkəzinin mədəni təşkilatçısı Səadət Abbasəlizadə ümummilli liderin siyasi fəaliyyəti barədə məruzə etmişdir.
Daha sonra tarix-diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov, Hacıalılı Kənd Yaradıcılıq Evinin direktoru Afət Əliyeva, Qəbələ Rəsm Qalereyasının əməkdaşı  Cəmilə Əliyeva və digər mədəniyyət işçiləri çıxış edərək ümummilli lider Heydər Əliyevin hərtərəfli fəaliyyəti ilə bağlı öz ürək sözlərini söyləmişlər.

Keçidlər